SİYASƏT
A- A A+

“İran Ermənistana 2 milyardlıq yardım edib ki, bu, ABŞ-ın etdiyi yardımla müqayisə oluna bilər”

2016-06-10 09:15:46

Bunu politoloq Mübarfiz Əhmədoğlu bildirib.

Hələ işğalçı ölkənin baş naziri olarkən ABŞ-a səfər edən Serj Sərkisyan erməni diasporu ilə görüşdə Ermənistanı xristianlığın şərqdə “ən son qalası” adlandırmışdı. Əslində, bu, S.Sərkisyanın prezident olarkən prioritetlərini açıqlaması, özünü xristian idealları uğrunda mübariz kimi qələmə vermək istəməsindən irəli gəlirdi. 

Politoloq Ermənistanın çirkin siyasətinin mahiyyətinə aydınlıq gətirib: “Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi başladığı ilk illərdən Ermənistan xristian ölkələrində bu müharibəyə dini münaqişə donu geyindirməyə, xristian-müsəlman qarşıdurması  kimi təqdim etməyə can atıb. Bəzi radikal xristian klubları, Böyük Britaniya Lordlar Palatasının üzvü, baronessa Koks kimi islamofob siyasi xadimlər bütün bu illər ərzində məhz Ermənistan ideoloqlarının hazırladığı, “əzabkeş xristian xalqı” haqda mifi Qərbdə tirajlamaqla məşğul olublar. Eyni zamanda “ən qədim xristian xalqı”na maddi və hərbi yardım kampaniyaları da bəzən açıq xarakter alır”.

M.Əhmədoğlu bildirib ki, S.Sərkisyan və  Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Avropa dövlət rəsmiləri ilə görüşdə özlərini müsəlman dövlətlərinin əhatəsində göstərir, bunu çox riskli hal kimi təqdim edirlər: “Ermənistan rəhbərliyi iddia edir ki, onlar bu çətin coğrafi vəziyyətdə xristian dəyərlərini müdafiə edirlər. Eyni zamanda Ermənistan rəsmiləri öz çirkin niyyətlərini pərdələmək üçün beynəlxalq arenada cəhdlər göstərir ki, müsəlman ölkələri ilə sıx əlaqələr qursun. Qəribə olan isə bu cəhdlərinin kifayət qədər “uğurlu” nəticələr əldə etməsidir”.

Politoloq Azərbaycan ərazisində 1 milyondan çox müsəlman–şiənn doğma yurd yuvasından didərgin salmış, müsəlman-şiə torpaqlarını işğal etmiş Ermənistanın xarici işlər nazirinin Tehranda xüsusi isti qəbula layiq bilinməsini, Həsən Ruhaninin erməni həmkarına İrəvana səfər edəcəyi barədə vəd verməsini təsadüfi saymır.

O qeyd edib ki, Azərbaycan tərəfi həmişə beynəlxalq hüquqa, sivil dünyanın qaydalarına əsaslanaraq öz ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqlarının azad olunmasına çalışır: “Bu zaman daha çox “işğalçını sülhə məcbur etmə” taktikası yürüdülür. Azərbaycan qonşu dövlətlərin, o cümlədən qonşu və dindaş İranın da beynəlxalq hüquqa sahib çıxacağını gözləyir”. 

Politoloq bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı artıq dəfələrlə Ermənistanın təcavüzünü pisləyən qətnamələr qəbul etmiş, Dağlıq Qarabağın işğaldan azad edilməsinin Qüds problemi qədər İslam dünyasının ən ümdə problemlərindən bir kimi təsbit etmişdir: “Sözügedən qətnamələrdə Azərbaycanın işğal edilmiş ərazilərində tarixi dini abidlərin, məscidlərin, məzarlıqların darmadağın edilməsi faktı nəzərə çatdırılır, İƏT-ə üzv ölkələri Ermənistanla iqtisadi əlaqələrə son qoymasğa çağırılır. Ermənilər tərəfindən törədilən vandalizm aktları ATƏT-in bölgəyə göndərdiyi faktaraşdırıcı missiyasının hesabatında da öz əksini tapmışdır. Yada salmağı vacib bilirəm: bu dini abidlər hər hansı başqa dinə aid deyil, məhz İslama, həm də İranda rəsmi dini doktrina sayılan şiə məzhəbinə mənsubdur. Lap yaxınlarda Qarabağın ən böyük şiə dini abidələrindən olan Ağdam məscidinin ermənilər tərəfindən hərbi qərargaha çevrilməsi haqda xəbər İranda nədənsə sükutla qəbul edildi. 1992-ci ildə Qarabağın incisi Şuşadakı Gövhərağa məscidinin talan edilməsi də beləcə sükutla qarşılanmışdı. Fələstindəki, Suriyadakı dini abidlərin taleyinə həssaslıq göstərən, Zeynəbiyyəni qorumaq üçün aşıq savaşa girməkdən çəkinməyən İran əhalisinin etnik və məzhəbi kimliyi onunla eyni olan qonşu ölkədəki abidələrin “xristian həməryliyi” adı altında dağıdılmasına niyə belə biganədir?”.

Axı, İran özünü həmişə müsəlman həmrəyliyinin tərəfdarı, sevimli terminləri ilə desək,  “müstəzəafın  müdafiəçisi” olaraq təqdim edir. Bəlkə Dağlıq Qarabağın işğalı nəticəsində yurd-yuvasından olmuş, zülmə məruz qalmış 1 milyondan çox şiə İran üçün geosiyasi maraqlar naminə qurban edilə bilər?

Təəssüf ki, müsəlman həmrəyliyinin qızğın tərəfdarı İran müstəqillik illərində Ermənistana 2 milyard dollar məbləğində yardım edib. Bu, ABŞ-ın etdiyi yardımla müqayisə oluna bilər”.

M.Əhmədoğlu vurğulayıb ki, Ermənistanın hər 3 prezidenti bir neçə dəfə İranın xilaskar rolunu qeyd ediblər: “Sonuncu dəfə 2008-ci ilin avqust hadisələri zamanı İran Ermənistana yanacaq və ərzaqla yardım etməsəydi, Ermənistan dövlət olaraq çox çətin vəziyyətə düşəcəkdi. Belə ki, Gürcüstan yolu bağlı idi.

Beləliklə, anlaşılmaz bir vəziyyət yaranır: Azərbaycan İranı beynəlxalq təcriddən, təzyiqlərdən xilas etmək naminə mümkün olan risklərə nəzərə alaraq addımlar atır,  İslam dünyasının əsas qurumu olan İƏT-in rolunun gücləndirilməsi, müsəlman həmrəyliyinin artırılması, müsəlman sivilizasiyasının qorunması  üçün addımlar atır, islamafobiyaya qarşı beynəlxalq səviyyədə mübarizənin ən ön sıralarında yer alır, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarını reallaşdırmaq üçün İrana kreditlər təklif edir, onun təkidi ilə hətta Ermənistanın işğalı altında olan ərazisində Xudafərin Su Elektrik Stansiyasının tikintisinə razılıq verir,  əvəzində isə açıq şəkildə işğalçıya dəstək faktı ilə üz-üzə qalır. Belə halda Azərbaycan öz əməkdaşlıq formatlarını yenidən nəzərdən keçirməyə, məhz müsəlman–şiə həmrəyliyi naminə ehtiyatlılıq göstərdiyi yeni əməkdaşlıq formatlarını reallaşdırmağa haqlıdır”.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 509

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...