CƏMİYYƏT
A- A A+

“EkoAvrasiya” jurnalı: “Metsamor: nüvə təhlükəsizliyimizə təhdid”

2016-05-16 09:40:58

AZƏRTAC-ın xüsusi müxbirinin həmmüəllifi olduğu bu məqalədə “Metsamor” AES-in təhlükə mənbəyi olmasından bəhs edilir

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) saytında və aylıq jurnalında yayılan məqalədə bildirilir ki, Ermənistanın seysmoloji bölgədə yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının Azərbaycan, Türkiyə və İran da daxil olmaqla, yaratdığı təhlükənin coğrafiyası Ermənistan ərazisindən xeyli böyükdür.

Diqqətə çatdırılır ki, 2016-cı il martın 31-dən aprelin 1-dək Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitindən sonra bəşəriyyətin nüvə təhlükəsizliyi məsələsi beynəlxalq ictimaiyyət üçün daha aktual mövzuya çevrilib.

Məqalədə Prezident İlham Əliyev 2012-ci ilin martında keçirilmiş Seul Sammitindəki çıxışından fikir yer alıb: “Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasından olduqca narahatdır. “Metsamor” stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir”.

1986-cı il aprelin 26-da Ukraynada baş vermiş Çernobıl faciəsinin acı nəticələri ilə Ermənistan hökumətinin istismar müddətini 2026-cı ilədək uzatmaq istədiyi “Metsamor” stansiyasının yaratdığı təhlükələr arasında müqayisələr aparan müəlliflər əsaslandırırlar ki, Ermənistan rəhbərliyinin iddiaları ilə imkanları arasındakı uyğunsuzluq “Metsamor” AES-in mövcud radioaktiv təhlükə mənbəyi kimi qalmasının əsas səbəbidir.( AZƏRTAC)

 

 

 

 

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 662

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...