SOSİAL
A- A A+

“Süddeutsche Zeitung” Azərbaycan ərazilərinin işğalından və Xocalı faciəsindən yazıb

2016-05-10 09:25:21

Almaniyanın ən böyük tirajlı qəzetlərindən olan “Süddeutsche Zeitung” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş “Nifrət bağında” başlıqlı məqalə dərc edilib

Məqalədə Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olması vurğulanır. Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir. Qeyd edilir ki, Sovet İttifaqının sonlarında qızışan münaqişə nəticəsində azərbaycanlılar Dağlıq Qarabağdan qovulublar. Sovet İttifaqının dağılmasından sonra münaqişə Ermənistan və Azərbaycan arasında müharibəyə çevrilib. Müharibə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib.

Bildirilir ki, müharibə Azərbaycan üçün Dağlıq Qarabağ və yeddi ətraf rayonun itirilməsi ilə yanaşı, Xocalı faciəsi kimi yara da buraxıb. “Human Rights Watch” təşkilatının məlumatına görə, 1992-ci ilin fevralında baş vermiş Xocalı qətliamında yüzlərlə azərbaycanlı həlak olub.

1994-cü ildən bəri atəşkəsin hökm sürdüyü barədə məlumat verilən məqalədə deyilir ki, Azərbaycan öz mövqeyində beynəlxalq hüquqa əsaslanır. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Azərbaycanın mövqeyi dəstəklənir və işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması tələb olunur. Bildirilir ki, vaxtilə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan ATƏT-in münaqişənin həllinə dair təklifini qəbul etmək istəyərkən istefaya məcbur olunub.

Məqalədə, həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın Berlinə səfəri zamanı yüzlərlə azərbaycanlının Almaniya Kansler Administrasiyasının qarşısında toplaşaraq, əllərində Azərbaycan bayrağı və “Dağlıq Qarabağın işğalını dayandırın!” şüarı yazılmış plakatlarla bu səfərə etiraz etməsi barədə məlumat verilir.(AZƏRTAC)

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1038

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

İQTİSADİ

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...