CƏMİYYƏT
A- A A+

"Ermənistandakı nüvə reaktoru potensial radioaktiv material mənbəyidir"

2016-05-05 09:40:51

“Hazırda Qafqazda başqa bir böyük təhlükə baş qaldırır

APA-nın məlumatına görə, bu barədə Begin-Sadat Mərkəzinin və Bar Ilan Universitetinin eksperti Aleksandr Marinsonun “Washington Times”da çap olunan məqaləsində deyilir.
 Bildirilir ki, bir neçə gün əvvəl Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən bir neçə erməni və Gürcüstan vətəndaşı saxlanılıb. Onların satmağa çalışdığı Uran-238 yüksək radioaktiv maddə öldürücü qurğuların hazırlanmasında istifadə olunur: “Bu materialların bəziləri Gürcüstana Rusiya tərəfindən ilhaq edilmiş Cənubi Osetiya vasitəsi gətirilib. Bu, Azərbaycan və Gürcüstanın davamlı şikayətlərə səbəb olur.  Şikayətlərdə bildirilir ki, separatçıların nəzarətində olan Abxaziya, Dağlıq Qarabağ və Cənubi Osetiya kimi ərazilərdən nüvə materialları, silah və narkotik maddələrin qaçaqmalçılığında istifadəsi olunur”.
Məqalədə Dağlıq Qarabağ  və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş digər ərazilərinin daha bir xüsusiyyətinin İranla nəzarət edilməyən sərhədə malik olması və buradan tez-tez İrana məxsus yüklərin keçdiyi bildirilir.
 Qeyd edilir ki, Ermənistanda təhdidlər siyahısında istismar müddəti bitmiş Çernobıl AES tipli nüvə reaktoru fəaliyyət göstərir: “Bu, nüvə problemi həyəcanını yeni səviyyəyə çıxarır. Ermənistanın köhnə reaktoru ilə bağlı təhlükəsizlik məsələsi Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində ABŞ prezidenti Barak Obama və digər dünya liderlərinin iştirakı ilə müzakirə olunub. Regionun iki görkəmli lideri və ABŞ-la sıx müttəfiqlik edən Azərbaycan və Türkiyə prezidentləri həmin təhlükə barədə danışıblar. Lakin Ermənistan prezidenti bu narahatlıqların üzərindən tez keçib. Ermənistandakı nüvə reaktoru tək təhlükəsizlik üçün təhdid deyil, həm də çirkli bomba üçün potensial radioaktiv material mənbəyidir”. 
Məqalədə Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan prezidentinin ABŞ vitse-prezidenti Co Bayden və dövlət katibi Con Kerri ilə görüş keçirdiyi də qeyd olunub. 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 783

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...