2022-04-25 08:35:37 | MÜSAHİBƏ
Zəfər Qurultayı dünya azərbaycanlılarının Vətən üçün görəcəkləri işlərin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir

Bu vaxtadək alim kimi bir çox elmi konfranslarda iştirak etmişəm. Zəfər Qurultayında isə dünyanın müxtəlif ölkələrində yaşayan ziyalı insanlarla bir məqsəd ətrafında toplaşmışıq. Belə bir Qurultayda iştirak ediyimə görə xoşbəxtəm. Alim olaraq Qurultayda elmi müzakirələrdə iştirak etməkdə, dünya azərbaycanlılarının qarşılaşdığı problemlərin düzgün həlli yollarının axtarılıb tapılmasında maraqlıyam.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Kembric Universitetinin Molekulyar biologiya laboratoriyasının qrup rəhbəri Qərib Mürşüdov deyib.


O qeyd edib ki, Dünya Azərbaycanlılarının V Qurultayı müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında, hər bir soydaşımızın Vətən üçün görəcəyi faydalı işin istiqamətinin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir. Təbii ki, belə bir Qurultayın keçirilməsi həm də Azərbaycanın güclənməsi və inkişafı üçün vacibdir.

Zəfər Qurultayının Şuşada keçirilməsinin mühüm tarixi hadisə və böyük əhəmiyyətə malik olduğunu deyən Q.Mürşüdov bildirib ki, 30 ildən sonra dünya azərbaycanlıları Şuşanın işğaldan azad olunduğu günü böyük qürur hissi ilə bayram kimi qeyd ediblər.

“Ümidvaram ki, Şuşa gələcəkdə nəinki turizm, həm də mötəbər tədbirlərin keçirildiyi mərkəz olacaq və Azərbaycanın gələcək inkişafına töhfə verən şəhərə çevriləcək. Burada belə tədbirlərin keçirilməsi Şuşanın tarixinin və mədəniyyətinin təbliği baxımından da böyük əhəmiyyətə malikdir,” – deyə Q. Mürşüdov vurğulayıb.

Baxış sayı : 147
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub