2022-01-28 10:30:57 | MƏDƏNİYYƏT
Almaz Ülvinin “Heç demirsən, Ələsgərim hardadır?!” kitabı çapdan çıxıb

.

Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə iki Sərəncam imzaladı: “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” və “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında”. Həmin sərəncamlar işığında xalq yaddaşında əbədiləşən sənətkar haqqında onlarla, bəlkə də yüzlərlə tədbirlər, beynəlxalq elmi konfranslar keçirildi, kitablar nəşr edildi. Bu sıradan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Bakı Dövlət Universitetinin müəlliməsi, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Heç demirsən, Ələsgərim hardadır?!” adlı çap olunmuş kitabını da qeyd edə bilərik.

Kitabda müəllifin müxtəlif illərdə (1991-2021-ci illər) Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında yazdığı araşdırmaları, məqalələri toplanıb: “Dədə Ələsgər eşqi ucalığında”, “Azərbaycan aşıq məktəbinin zirvəsi: Aşıq Ələsgər”, “Dədə Ələsgər və Aşiq Şenlik yaradıcılığında “könül” hikmətləri”, “Dədə Ələsgər “Aşiq Şenlik və Ülvi Bünyadzadə şeirlərində yurd ağrısı – daşnak zülmü mövzusu”, “Azərbaycan poeziyasında “Ceyran” obrazı (Aşıq Ələsgər, Səməd Vurğun və Ülvi Bünyadzadənin şeirləri əsasında)”, “Dədə Ələsgər ünlü bir qərinəlik xatirələrə dalınca”, “Yorulmaz tədqiqatçı, saz-söz aşiqi”, “Aşıq Ələsgər ocağının yetirməsi”, “Heç demirsən, Ələsgərim hardadi?!”, “Göyçədən başlayan folklor”, “Göyçə aşıq mədəniyyətinə bir baxış (Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərlə söhbət)” və s. araşdırmalarının adlarını qeyd etmək olar.

Elmi-tədqiqat xarakterli bu məqalələrdə Dədə Ələsgər elminin hikmətlərindən, Türkiyə ozan məktəbinin görkəmli nümayəndəsi Aşıq Şenlik, XX əsr Azərbaycan klassiki Səməd Vurğun və gənc şəhid-şair Ülvi Bünyadzadə yaradıcılığı kontekstində aparılan müqayisəli təhlillər ədəbiyyatşünaslığımızda mühüm yer tutur. AMEA Folklor İnstitutunun aşıq ədəbiyyatı mövzusunda nəşr etdirdiyi kitablar haqqında müəllif dəyərləndirmələri də tədqiqatçıların diqqətini cəlb edir. “Göyçə aşıq mədəniyyətinə bir baxış (Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərlə söhbət)” müsahibə - məqalədə klassik aşıq-şairin nəvəsi, onun ədəbi irsinin toplayıcısı, alim İslam Ələsgərlə aşıq ədəbiyyatı və Dədə Ələsgər irsi mövzusundakı söhbətdə istər aşıq sənətinin inkişafında Göyçə aşıq məktəbinin rolundan və s. aktual elmi məsələlərdən bəhs edilib.

AMEA Folklor İnstitutunda Aşıq Ələsgər, eləcə də Göyçə aşıq mühitində yetişən şair-aşıqlar yaradıcılığı kontekstində aparılan tədqiqat işləri haqqında müəllif məqalələri xüsusi yer tutur.

Kitabda məqalələr arasında Aşıq Ələsgərin məşhur şeirlərindən nümunələr verilməklə kitabın məzmununa xüsusi rəng qatıldığını da demək olar.

Müəllif “Dada Alasgar – Ozarbayjon baxshichilik maktabining cho‘qqisi” adlı məqaləsini özbək dilində kitaba daxil edib. Qeyd edək ki, özbək oxucuları Dədə Ələsgər haqqında ilk dəfə bu məqalə ilə tanış olublar və həmin araşdırma yazısı Özbəkistandakı “Şərq ulduzu” və akademiyanın Dil, Ədəbiyyat və Folklor İnstitutunun elmi jurnallarında dərc edilib.

“Müəllifin Aşıq Ələsgər yaradıcılığı ilə bağlı müxtəlif illərdə dərc etdirdiyi məqalələri” adlı bölmədə Almaz Ülvinin müxtəlif illərdə dərc etdirdiyi məqalələrinin (nəşr ili və mənbəyi də daxil olmaqla), eyni zamanda bu tədqiqatları üzərində çalışarkən “İstifadə etdiyi ədəbiyyat” siyahıları da maraq doğurur.

Kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Baxış sayı : 305
“Şuşa ili”nə həsr olunmuş müsabiqənin qalibləri Fərid Şəfiyev: Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçməsinə imkan yaradır Erməni ambisiyası Ermənistanın məhv olmasının başlıca amilidir Mövlud Çavuşoğlu: "Regional əməkdaşlığı daha da inkişaf etdirəcəyik” “Laçın şəhəri Azərbaycana qaytarılacaq” - PAŞİNYAN Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib Kəlbəcərdə İstisu sanatoriyasının təməli qoyulub “İnanırıq ki, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı özünü doğruldacaq” General-polkovnik Zakir Həsənov: İldönümü geriyə baxış, görülən işlərin təhlili və gələcək planların dəqiqləşdirilməsidir Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, su istehsalı zavodunun təməlini qoyub Qənirə Paşayeva: Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yalnız xilaskar deyil, həmçinin qurucu dövlət xadimi kimi əbədi yaşayacaqdır Ukrayna müharibəsi soyqırımı kimi tanınacaq Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib Vətən müharibəsində fərqlənən hərbi qulluqçular təltif ediliblər Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edilib "Şuşa söhbətləri"nin ikinci görüşü baş tutub Azərbaycanın ABŞ-dakı səfiri Prezident Co Baydenlə görüşüb Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib “Qarabağ gecəsi” adlı xeyriyyə konserti təşkil olunacaq İki ölkə arasında qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə və yol xəritəsi var ABŞ NATO sammitində Avropanın təhlükəsizliyi ilə bağlı yeni addımları açıqlayacaq Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyi təsdiqlənib Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edib