2022-01-20 07:45:20 | TƏDQİQATLAR-ANALITIKA
Qanlı 20 Yanvar faciəsindən 32 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür.

O zaman, 1990-cı ildə dağılmaqda olan imperiyanı qoruyub saxlamaq məqsədilə Azərbaycan xalqına qarşı belə qəddarlıq göstərildi. Xalqın mübarizə əzmini qırmaq, azadlıq ideyalarını boğmaq məqsədilə imperiya rəhbərliyi hər cür qəddarlığa əl atdı. Bu faktdır ki, 1988-ci ildə baş qaldıran erməni separatizminə SSRİ rəhbərliyi göz yumurdu. Hətta bəzi dairələr ermənilərin bu separatçılıq əməllərinə şərait yaradırdılar. Təbii ki, erməni vəhşiliyinin güclənməsi və onların yersiz torpaq iddiaları, sonda 200 mindən artıq azərbaycanlının öz tarixi torpaqlarından qovulması Azərbaycan xalqının hiddətləndirirdi. Nəhayət Qarabağ probleminin qarşısının alınmaması münaqişənin dərinləşməsinə səbəb oldu. Azərbaycana qarşı aparılan mənəvi, ideoloji və siyasi təcavüz hərbi müstəviyə keçirildi. Qarabağın Azərbaycanın tərkibindən çıxarmaq məqsədilə yürüdülən qərəzli siyasətə kəskin etiraza baxmayaraq ümumittifaq səviyyədə bir sıra qeyri-qanuni qərarlar qəbul edildi. 1989-cu ilin yanvarında DQMV üzrə A.Volskinin rəhbərliyi ilə Xüsusi İdarəetmə Komitəsinin yaradılması əslində Dağlıq Qarabağı Azərbaycanın bütün hakimiyyət orqanlarının tabeliyindən çıxarırdı. SSRİ rəhbərliyi Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün yeritdiyi məqsədəyönlü siyasətə qarşı çıxmağa cəsarət edən Azərbaycan xalqına açıq-aşkar divan tutmaq yolunu seçdi. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan olunmadan Bakını işğal etməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklərlə müşaiyət edildi. Yüzlərlə insan amansızcasına qətlə yetirildi və yaralandı. Məhz 1990-cı il 20 Yanvar hadisələri SSRİ-nin çöküşünü sürətləndirdi. Bəzi respublikalar o cümlədən Orta Asiya Respublikarının heç vaxt ağılarına gəlməzdi ki, nə zamansa müstəqil ola bilərlər. Həmin ölkələrin siyasət nümayəndələri də etiraf edirlər ki, müstəqillik qazandıqlarına görə Azərbaycan xalqına, 20 Yanvar Şəhidlərinə borcludurlar.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.Azərbaycan xalqı hər zaman çox önəmli tarixi keçmişini qeyd edərək Şəhidlərimizi ehtiramla yad edir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Baxış sayı : 274
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub