2021-09-14 08:00:51 | AKTUAL
İtaliya mətbuatı Qarabağdakı bərpa işlərindən yazdı

İtaliyanın “Notizie Geopolitiche” analitik portalında Roma Sapienza Universitetinin Avropa tarixi üzrə fəlsəfə doktoru Dariuş Rahiminianın müəllifi olduğu “Azərbaycan. Üçtərəfli bəyanatdan 300 gün sonra Qarabağda bərpa işləri” sərlövhəli məqalə dərc olunub.

Məqalədə müəllif Qarabağ bölgəsinin 1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı hərbi işğalı nəticəsində başlanmış və 2020-ci il noyabrın 9-da Azərbaycan Ordusunun azad etməsi ilə yekunlaşmış münaqişə ilə tanındığını qeyd edərək imzalanmış üçtərəfli bəyanatın hərbi əməliyyatların dayandırılmasına gətirib çıxardığını və nəticədə bütün azad edilmiş ərazilərin Azərbaycan tərəfindən başladılmış sürətli və məhsuldar yenidənqurma yoluna qədəm qoyduğunu bildirir. Qeyd edilir ki, Azərbaycan bu ərazilərdə bərpa, yenidənqurma və müharibədən sonrakı reinteqrasiya mərhələsinə başlayıb və bir milyon azərbaycanlı məcburi köçkünün öz yurdlarına qayıtması üçün əsas şərt sülh, minalardan təmizlənmə və bərpa quruculuq işləridir.

Bu xüsusda, ötən 300 gün ərzində atılmış mühüm addımlardan təffərrüatlı şəkildə bəhs edən müəllif ilk olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrində 15 min hektardan çox ərazinin minalardan təmizləndiyini, üçtərəfli bəyanatın imzalanmasından sonra 160-a yaxın azərbaycanlı mülkü şəxsin işğal dövründə Ermənistan işğalçı qüvvələri tərəfindən basdırılmış minaların partlaması səbəbindən yaralanıb, həlak olduğunu və hərbi əməliyyatların başa çatmasına baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etdiyini diqqətə çatdırır.

Digər mühüm addım kimi cari il sentyabrın 5-də işğaldan azad edilmiş ərazilərdə 7 ay ərzində tikilmiş birinci hava limanı olan Füzuli beynəlxalq hava limanına Bakıdan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsinin eniş etdiyini qeyd edən müəllif həmin gündə, eyni zamanda, "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisinin də həmin hava limanına endiyini və bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklərin çatdırıldığını vurğulayır. Laçın və Zəngilanda da hava limanlarının inşa edildiyini deyən müəllif bununla “Azərbaycan Hava Yolları”nın Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurmaq istəyən məcburi köçkünlər üçün yeni iş yerləri təklif edən ilk şirkətlərdən olduğunu qeyd edir.

İşğaldan azad edilmiş ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrə diqqət çəkən müəllif bu istiqamətdə işlərin intensiv şəkildə davam etdiyini, 2,4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa “Zəfər” yolunun, Şükürbəyli-Cəbrayıl-Hadrut, Xudafərin-Qubadlı-Laçın-Xanliq-Qubadlı, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toqanalı-Kəlbəcər-İstisu kimi yolların çəkildiyini, çətin relyefi nəzərə alaraq həmin yolların üzərində körpü və tunellərin də inşasının aparıldığını bildirir. Üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi bölgəni iqtisadi cəhətdən inteqrasiya etmək və xarici ölkələrlə və Azərbaycanın digər şəhərləri və bölgələri, o cümlədən Naxçıvan ilə təmasları və ticarəti asanlaşdırmaq üçün kompleks bir dəmir yolu şəbəkəsinin qurulmaqda olduğunu vurğulayır.

Görülən işlər arasında şəhərsalma sahəsində aparılan fəaliyyətdən bəhs edən müəllif yerlə yeksan edilmiş, "ruhlar şəhəri" və ya "Qafqazın Xirosiması" kimi tanınan Ağdam şəhərinin baş planının artıq təsdiq edildiyini, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bir çox tarixi binaların və abidələrin, habelə "Xarı Bülbül" və "Qarabağ" mehmanxanalarının bərpa edilərək istifadəyə verildiyini, şəhərdə yeni yaşayış kompleksinin, çoxsaylı bərpa və tikinti layihələrinin icrasına başlanıldığını diqqətə çatdırır.

Müəllif, habelə 2022-ci ilin əvvəllərinə qədər yekunlaşacaq, Zəngilanın Ağalı kəndlərini əhatə edəcək ilk “Ağıllı kənd” layihəsindən bəhs edərək bu inkişaf modelinin işğaldan azad edilmiş digər ərazilərə də tətbiq olunacağını bildirir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərə başlanıldığını, bu xüsusda Ağalıda "Ağıllı kənd" layihəsi çəriçvəsində İsrail və İtaliya şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində heyvandarlıq və sütçülük müəssisələrinin qurulması istiqamətində iş aparıldığını da bildirir.

Məqalədə, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə 1376 tarixi abidə və arxeoloji əhəmiyyət daşıyan yerlərin müəyyən edildiyi, onların bərpası istiqamətində mühüm addımların atıldığı qeyd olunur. Ərazilərin vaxtilə işğalı səbəbindən keçirilməsi dayandırılmış bəzi ənənəvi mədəni tədbirlərin də yenidən bərpa edildiyini qeyd edən müəllif, bu xüsusda Şuşada Xarı Bülbül Musiqi Festivalı və Vaqif Poeziya Günlərinin təntənəli şəkildə keçiridliyindən bəhs edir.

Azərbaycan hökumətinin azad edilmiş əraziləri yaşıl enerji zonası elan etdiyini deyən müəllif bu xüsusda, İtaliyanın “Ansaldo” və Böyük Britaniyanın BP şirkətləri ilə bağlanılmış müqavilələrin bölgədə alternativ enerji mənbələri üçün əsas yaratdığını vurğulayır.

Aparılan işlərin fonunda Azərbaycanın qısa müddət ərzində ölkənin sosial-iqtisadi inkişafına töhfə verəcək və bütün dünya ilə iqtisadi və mədəni mübadilələr üçün üfüqləri daha da genişləndirəcək böyük nəticələr əldə etdiyini bildirən müəllif məqaləsini bu fikirlərlə yekunlaşdırır: "Ermənistanın işğalı ilə 30 il ərzində ağrı yaşayan, viran olunan və sistematik məhv edilən torpaqlarda onların azad edilməsindən keçən cəmi 300 gün ərzində həyatın bərpası ilə bağlı Azərbaycanın əldə etdiyi mühüm nəticələr bu ərazilərin Azərbaycana məxsusluğunun bariz nümunəsidir".

Baxış sayı : 110
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00