2021-08-11 10:25:18 | AKTUAL
Ermənistanda hər hansı bir şəkildə demokratik cəmiyyət quruculuğu prosesi yaxın vaxtlarda real görünmür

Ermənistanda COVID-19 və silahlı münaqişə dövründə insan hüquqlarının vəziyyətinin acınacaqlı durumda olması beynəlxalq təşkilatlar tərəfindən də qeyd edilməkdədir.

44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə Ermənistan cəmiyyətində polis zorakılığının daha da artması, azadlıqdan məhrumetmə faktlarının genişlənməsi, siyasi opponentlərin susdurulması, hətta bir sıra bölgələrdə başqa partiyalardan olan bələdiyyə üzvlərinin hökumət qüvvələri tərəfindən həbs edilməsi kifayət qədər ağır nəticələrin ortaya çıxdığını göstərir. “Freedom House” tərəfindən nəşr edilən “Nations in Transit 2020”yə əsasən, Ermənistan 100-dən 33 bala layiq görülüb. Ermənistana verilən bu qiymət onu göstərir ki, qütbləşmiş siyasət, korrupsiyanın daha geniş yayılması cəmiyyətin daha çox parçalanmasına səbəb olub. Bununla yanaşı, Ermənistanın insan resursları da tükənmək üzrədir. Mühacirət hallarının daha da artması bu ölkədə əsasən sosial vəziyyətin pisləşməsi ilə yanaşı, həm də siyasi diskriminasiyanın artması nəticəsində yaranan amillərdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, son vaxtlar Ermənistan tərəfindən bir sıra beynəlxalq təşkilatlara və insan haqları məhkəməsinə edilən şikayətlərin də sayı artmaqdaqdır. Bu da onu göstərir ki, vətəndaşların sosial və mülki hüquqlarının qorunması istiqamətində ciddi çatışmazlıqlar var. Ötən müharibədən sonra hərbçilər arasında narazılıq genişlənməkdədir. Hüquq pozuntularının daha da artması və məhkəmələrdə həmin kateqoriyadan olan insanların müraciətlərinə obyektiv baxılmaması ilə bağlı kifayət qədər ciddi faktlar mövcuddur. Bütövlükdə Ermənistan cəmiyyəti siyasi və sosial böhran içərisindədir. Bu böhranı da bilavasitə ifadə, sərbəst toplaşmaq azadlıqları və digər əsas hüquqların həyata keçirilməsi sahəsində olan əngəllərlə bağlamaq mümkündür. Çünki son vaxtlar mitinqlərin dağıdılması, sərbəst toplaşmağın qarşısının alınması halları hökumət qüvvələri tərəfindən daha sərt şəkildə həyata keçirilməyə başlanılıb. Bu da onu deməyə əsas verir ki, Ermənistanda hər hansı bir şəkildə demokratik cəmiyyət quruculuğu prosesi yaxın vaxtlarda real görünmür. Həm də mahiyyətcə işğalçı bir dövlətin militarist siyasət yürütmə ənənəsi, əslində, onun demokratiyaya keçidini əngəlləyən əsas amillərdən biridir. Nəticə etibarilə əvvəllər Ermənistanı himayə edən qüvvələr oradakı real vəziyyəti çılpaq şəkildə diqqətə çatdırmaqdadırlar. Bu isə Ermənistanın uzun illərdir gizlədilən gerçək durumunu indi daha çox göz önünə qoyur.

“Biz düşmənin mövqelərinin bu cür sarsılmasını doğru dəyərləndirməli, dünya mediasında və beynəlxalq təşkilatlara müraciətdə daha çox bu istiqamətdə təbliğatlarımızı genişləndirməliyik. Çünki erməni yalanları ucbatından Azərbaycana qarşı bir sıra insan hüquqları təşkilatları, ABŞ Dövlət Departamenti və digər bu istiqamətdə fəaliyyət göstərən qurumlar qeyri-obyektiv və yalan iddialar səsləndirirdilər. Məsələn, din azadlığı ilə bağlı məhdudiyyətlərdən danışanda qeyd etmək istəmirdilər ki, Ermənistanda, ümumiyyətlə, başqa dinə mənsub insanlara qarşı dözümsüzlük pik həddədir, orada başqa dinin nümayəndəsini tapmaq olduqca çətindir. Halbuki, Azərbaycan tolerantlıq mərkəzi olaraq bütün dinlərin bir yerdə dinc, yanaşı yaşadığı, ibadət etdiyi və bütün azadlıqların mövcud olduğu ölkə kimi tanınır. Bu baxımdan da biz bir sıra sahələrdə təbliğatı gücləndirməliyik ki, Ermənistanın əsl üzü ifşa edilsin. Dünya ictimaiyyəti görsün ki, Azərbaycan necə bir düşmənlə, sülhü, hüququ sevməyən, qanuna əməl etmək istəməyən bir qonşu ilə üz-üzədir”, - deyə deputat əlavə edib.

Baxış sayı : 229
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54