2021-04-08 09:15:28 | QHT VƏ MEDİA
“Caspian News” Şuşaya “İsgəndər” atılmasından yazıb

“Caspian News” xəbər portalında “Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsi yeni faktlarla təsdiqlənib” sərlövhəli məqalə dərc edilib.

Məqalədə 2020-ci ildə baş vermiş 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsinin regional və beynəlxalq media qurumlarının diqqət mərkəzində olduğu vurğulanır. Yazıda bildirilir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan davamlı minatəmizləmə əməliyyatları nəticəsində Azərbaycanın Qarabağ bölgəsindəki Şuşa şəhəri ətrafında iki partlamış raketin qalıqları tapılıb və martın 15-də tapılmış həmin raket qalıqlarının Rusiya istehsalı olan “İsgəndər” raketləri olduğu təsdiqlənib. Həmin raket qalıqları agentliyin nümayəndələri tərəfindən keçən həftə paytaxt Bakıda nümayiş etdirilib ki, bu da Azərbaycana qarşı böyük dağıdıcı gücə malik raketin istifadə olunması ilə bağlı bir sıra suallar doğurub. “İsgəndər” raketlərinin xüsusiyyətləri barədə ətraflı məlumat verilən məqalədə qeyd olunur ki, “İsgəndər” raketi çoxsaylı döyüş sursatları, o cümlədən döyüş başlığı, gücləndirilmiş partlayış başlığı və anti-radar missiyaları üçün nəzərdə tutulmuş elektromaqnit cihazı, eləcə də nüvə başlıqları ilə təchiz edilə bilən raket növüdür. “İsgəndər” raket sistemi iki variantda istehsal olunur: “İsgəndər-M” və İsgəndər-E”. “İsgəndər-M” raket növü Rusiya hərbçilərinin istifadəsi üçün, “İsgəndər-E” isə ixrac üçün nəzərdə tutulub. İxrac üçün nəzərdə tutulan “İsgəndər-E” raketi maksimum 280 kilometr, ballistik raket kompleksi – “İsgəndər-M” isə 500 kilometr radiusa malikdir. Məqalədə, həmçinin qeyd olunur ki, “İsgəndər” raketinin Azərbaycanın Şuşa şəhəri istiqamətinə buraxılması ilə bağlı ətraflı məlumat təqdim edən məhz Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyan olub. Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyanın “Forbes” jurnalına verdiyi müsahibəyə istinad edilən məqalədə deyilir: ““İsgəndər” raketindən istifadə etməyimə yalnız Şuşa şəhərində icazə verildi və mən də istifadə etdim. Bu, bizə müəyyən üstünlüklər verdi və biz bir neçə tankı şəhərə gətirməyi bacara bildik. Baş nazir Nikol Paşinyan isə beynəlxalq ictimaiyyətin sərt qınağından qorxaraq raketin istifadə edilməsini qadağan etmişdi”.

Baxış sayı : 112
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36