2021-03-14 21:05:40 | MÜSAHİBƏ
Professor Surxay Musayev: “Hər kəs qazilərimizin müalicəsində və reabilitasiyasında iştirakdan qürur duyur”

Fact-info.az saytının suallarını Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direkroru, əməkdar elm xadimi, professor Surxay Musayev cavablandırır.

-Ölkəmizdə COVD-19 əleyhinə peyvəndləmə prosesi davam edir. Vaksinlərin təhlükəsizlik və effektivlik məsələsi ilə bağlı fikirləriniz necədir?

-Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin,08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşların, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb və proses uğurla davam etdirilir. Pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə fəaliyyət göstərir

Çinin Sinovac şirkətinin "CoronaVac" istehsalı olan bu vaksinlər çox effektli və özünü doğruldan vaksinlərdir. Azərbaycanda bu peyvəndləmə prosesi çox uğurla davam edir. Bu vaxta qədər peyvənd olunan insanlardan heç kimdə hər hansı narahatçılıq olmayıb. Hazırda ən etibarlı, təhlükəsiz vaksinlərdən biri budur. Bir məqama diqqət yetirmək istərdim. Dünya tarixində epidemiyalar çox olub. Bunların böyük əksəriyyətinin aradan qaldırılmasında vaksinlər kömək edib. Peyvəndlərlə bağlı mən bir daha vurğulamaq istəyirəm ki, bu vacib prosesdir. Digər epidemiyaların təcrübəsi göstərir ki, peyvənd olunmadan koronavirusdan qurtulmaq çətin olacaq. Əgər normal həyat tərzinə qayıtmaq istəyiriksə, vaksinasiya bunun çıxış yoludur. COVD-19-a qarşı mübarizədə qəbul olunmuş qızıl qaydalara əməl etməl etmək lazımdır. Gigeynik tələblərə riayət etmək, məsafə saxlamaq, maska taxmaq. Düşünürəm ki, bu tələblərə əməl etsək ciddi nailiyyətlər qazanarıq.

-Bu bəzi insanlarda COVD-19-a qarşı tətbiq olunan bu vaksinlərə qarşı müəyyən tərəddüdlər var. Bu barədə sizin fikirlərinizi bilmək istərdik?

-Bir qrup insanlar peyvəndin əleyhinə olublar. Hətta ötən il koronavirus yayılan zaman ilk vaxtlarda həmin şəxslər belə fikir səsləndirirdilər ki, xəstəlik yoxdur. Indi də bunlar bildirirlər ki, “peyvəndin zərərləri çoxdur”. “bu vaksinlər əhəmiyyətsizdir”. Bir sözlə həqiqətə uyğun olmayan ağıllarına gələn fikirlər söyləyirlər. Məsələ ondan ibarətdir ki, bunlar öz təxribatçı əməllərini sosial şəbəkələr vasitəsilə yaymağa cəhd göstərirlər. Belə təxribatçıların əməlləri koronavirusdan təhlükəlidir. Mənim qənaətimcə, əhali heç bir zaman təxribatlara uymamalıdır. Dövlətimiz insanların sağlam həyata qayıtması üçün bütün mümkün olanları edir. Ona görə, hər bir vətəndaş üzərinə düşən məsuliyyəti düzgün dərk etməlidir. Ölkə əhalisi bütün gigeynik tələblərə riayət etməklə, həmçinin vaksinasiyada da iştirak etməlidir. Zamanında xəstəliklə bağlı həkimə müraciət olunmalıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “TƏBİB”in müəyyən etdiyi təlimatlara, tövsiyələrə əməl etmək lazımdır. Koronavirus əlamətləri olan hər bir kəs dərhal həkimə müraciət etməlidir.

-II Qarabağ savaşında iştirak edən və müəyyən xəsarət alan qazilərimizin bir çoxunun müalicəyə ehtiyacı var. Bütün bu müalicə prosesini həyata keçirərək müharibə iştirakçılarının normal həyata qayıdışı zəruridir. Bu istiqamətdə həyata keçirilən işləri necə dəyərləndirirsiniz?

- Torpaqlarımızın azad olunmasında dünyasını dəyişən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların hər biri müqqədəs amallar uğrunda canlarından keçiblər. Onu demək istərdim ki, Vətən müharibəsi zamanı bizim klinika cəbhədə yaralanan, müxtəlif xəsarəti alan hərbiçilərimizin tam mülalicəsi ilə bağlı səfərbər olmuşdu. Bütün tibbi heyət üzərinə düşən vəzifəni yerinə yetirdi. Bu gündə bu işlər davam edir. Bizim klinikada hər kəs qazilərimizin müalicəsində iştirakdan qürur duyur. Bütün tibbi heyət bu işdə əlindən gələni edir. Respublika Səhiyyə Nazirliyinin qərarı ilə Klinikamızda qazilərimizin psixonevroloji reabilitasiyası ilə məşğul olmaq üçün 6 nəfərdən ibarət həkim briqadası ayrılaraq treninqlərə cəlb olunmuşdur. Artıq həmin həkimlərimiz treninqləri uğurla başa vurublar. Müharibədə beyin xəsarəti alan, nitq qüsuru, psixoloji problemləri və səhhətlərində digər problemləri olan müharibə iştirakçılarımızın müalicəsi ilə bütün həkimlərimiz, xüsusilə, həmin treninqə cəlb olunan heyət məşğul olacaq. Qazilərimizə göstəriləcək bu tibbi xidmət pulsuz olacaq.

-Bu sualı təmasda olduğumuz həkimlərə hər zaman veririk. Xəstəliklərdən uzaq olmaq üçün səhiyyə mədəniyyətini necə inkişaf etdirmək lazımdır?

-Səhiyyə mədəniyyəti cəmiyyətin inkişaf göstəricisidir. Tibbi təfəkkür formalaşdıqca insanlar daha çox səhiyyə mədəniyyətinə sahib olurlar. Ən elementar formada olsa da hər kəsdə tibbi təfəkkür formalaşmalıdır. Bu sahənin inkişafı çox zəruri məsələdir. Bəlkə də deyərdim ki, bütün mədənəiyyətlərin önündə durmalıdır. Tibbi təfəkkürü inkişaf etdirmək üçün tibbi maarifləndirmə prosesi geniş vüsət almalıdır. İnsanlar düzgün qidalanmaqla bərabər hərəkətliliyi artırmalıdırlar. Çünki az hərəkətlilik öz mənfi təsirini göstərir. Bütün hallarda tibbi, ekoloji maarifçilik işi genişlənməlidir. Bu işlər evdə, ailədə, təhsil ocaqlarında, TV-lərdə, internet medaiada daha geniş aparılmalıdır. Telekanallarda tibblə bağlı verilişlər demək olar ki, mütəmadi olaraq davam edir. Həmin verilişlərə həkimlər dəvət olunur. Televiziyada çıxış edən həkim bütün veriliş ərzində həyata keçirdiyi əməliyyatlardan tibbi terminlərdən istifadə edərək danışır. Auditoriya çox vaxt onu anlaya bilmir. Tibbi terminlərlə auditoriyanı yükləməklə nəyə nail olmaq mümkündür? Yaxşı olardı ki, belə verilişlər konkret kiminsə reklamına deyil, insanları maarifləndirməyə xidmət etsin. Bir sözlə səhiyyə mədəniyyətini inkişaf etdirmək üçün televiziyalar və ümumilikdə bütün media səmərəli iş görməlidir.

-Tarixdən məlumdur ki, mart ayı həm də Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla yaddaşlarda qalıb. Bu gün Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq, həmin tarixi qaranlığı unutdurmamaq üçün nəyi etmək zəruri olar?

-Azərbaycan dövləti azərbaycanlılara qarşı törədilən 1918-ci il soyqırımı hadisələrinin yenidən araşdırılması, bəzi tarixi məqamların geniş şəkildə tədqiqi istiqamətində mühüm addımlar atdı. Onu qeyd edək ki, azərbaycanılara qarşı ermənilər tərəfindən törədilən bu soyqırımı hadisələrini araşdırmaq, ona siyasi qiymət vermək və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 1998-ci ilin martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" Ümummilli lider Heydər Əliyev fərman imzalamışdı. Həmin fərmanda qeyd edirlirdi ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açıldı, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almağa başladı. Biz millət olaraq, harada çalışmağımızdan asılı olmayaraq başımıza gətirilən bu soyqırımları heç zaman unutnamalıyıq. Həqiqəti dünyaya çatdırmalıyıq. Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq üçün son dövrlər xeyli işlər görülüb. Rəsmi qurumlar tərəfindən bu sahədə ciddi addımlar atılır. Mənim fikrimcə, dövlət qurumları ilə bərabər diaspora təşkilatları, müxtəlif sənət adamları, ictimai təşkilatlar və digər qurumlar, ümumilikdə bu işə dəstək göstərmək imkanında olan hər bir vətəndaş Azərbaycan həqiqətlərininin dünyaya çatdırılmasına dəstək olmalıdır. Heç şübhəsiz Heydər Əliyev Fondu Azərbaycanın təbliğatı məsələsində böyük işlər görür.

Azərbaycan torpaqlarında məskunlaşan ermənilər 200 ilə yaxındır xalqımıza qarşı hər zaman düşmənçilik siyasəti aparıblar. Onlar bizim tarixi torpaqlarımızda məskunlaşaraq çox iyrənc əməllərlərlə məşğul olublar. Hər zaman Azərbaycanın əleyhinə saxta təbliğat aparıblar. Saxta kitablarla bütün Avropanın kitabxanalarını doldurublar. Biz isə təcavüzə, böyük saxtakarlıqlara məruz qalan xalq olaraq həqiqəti deməliyik, yazmalıyıq, tədqiqatlar aparmalıyıq. Yəni hər kəsin əsas məqsədi, hədəfi ondan ibarət olmaldır ki, Azərbaycanın ədalətli mövqeyi ilə dünya tanış olsun, təcavüzkarın, terrorçunun kimliyi bilinsin və erməni saxtakarlığı üzə çıxsın.

Fact-info.az

Baxış sayı : 922
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36