2021-01-27 12:25:23 | AKTUAL
"Beynəlxalq hüququn aliliyi qorunmur" - Hikmət Hacıyev

Türkiyə və Azərbaycan əlaqələrinin gələcəkdə də bu şəkildə inkişaf edəcəyini deyə bilərik”.

Fact-info.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Türkiyə əlaqələrini artıq bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib: “Gələn dövrlər ərzində də bizim qarşımızda duran əsas iş bu əlaqələrin bütün sahələrdə inkişafına nail olmaqdır”.

H. Hacyev 2018-ci ildə Azərbaycanda keçirilən hərbi paradın çox böyük əhəmiyyəti olduğunu bildirib:

“100 il öncə qardaş Türkiyənin dəstəyi ilə Bakı azad edilmişdi”.

Prezidentin köməkçisi qeyd edib ki, 100 il sonra bu hadisəni bir daha təkrarlanıb: “Bu, sıradan hərbi parad deyildi. Bu, bizim ölkələrimizin birliyinin təcəssümü idi. 2020-ci ilin iyununda erməni təxribatlarına qardaş Türkiyə yetkililərinin bizə verdiyi dəstək də regionda yürüdülən siyasətə təsir etdi. Eyni zamanda hər bir türk vətəndaşının Azərbaycanın yanında olması bizi qürurlandırdı. Nəticədə, illərdir davam edən işğaldan azad olduq”.

“Bu gün regionda siyasət dəyişib. Beynəlxalq siyasətdə beynəlxalq hüququn aliliyi qorunmur”.

Prezidentin köməkçisi bildirib ki, dövlətlər arasında gərginlik və beynəlxalq hüququ pozan addımlar getdikcə artmaqdadır: “Bugünkü beynəlxalq münasibətlər 1929-30 illərdəki böhran şəraiti ilə müqayisə olunur. Bu gün beynəlxalq münasibətlərdə gərginlik müşahidə olunur. Ümid edirik ki, bu gərginliklər olmasın. Amma COVID-19-dan sonrakı mərhələdə gərginliklərin artması bizim coğrafiyamıza da təsir edə bilər. Qeyd edim ki, bizim coğrafiyamızda siyasəti dəyişməyə nail olduq. İşğala son qoyduq. Azərbaycan və Türkiyə münasibətləri regionun və Avropanın enerji təhlükəsizliyini təmin edir. Biz bunları bacardıq və daha irəli doğru baxmalıyıq”.

Baxış sayı : 156
Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35 Əcnəbi media Xocalı soyqırımı barədə məqalə dərc olunub 2021-02-23 20:50:37 Ermənilərin viran qoyduğu Ağdamın Sırxavənd kəndi - VİDEO 2021-02-23 11:25:17 Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır 2021-02-23 09:40:08 Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub 2021-02-23 08:55:30 Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər 2021-02-23 09:15:33