2021-01-24 20:05:44 | SİYASƏT
“Dostluq” yatağına dair Memorandum nəqliyyat-tranzit potensialını möhkəmləndirəcək”

“Yanvarın 21-də Aşqabadda Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir”.

Fact-info.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q. Paşayeva deyib ki, Azərbaycan Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biridir. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. 29 noyabr 2001-ci ildə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında” Saziş, 23 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında” Saziş və 14 may 2003-cü ildə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında” Sazişin imzalanmasına nail olunub. Nəhayət, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması sonucunda “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb (12 avqust 2018-ci il). - Yəni Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi, bir daha Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir: “Bizim “Kəpəz”, türkmən qardaşlarımızınsa “Sərdar” adlandırdığı, zəngin neft-qaz ehtiyatlarının olduğu bilinən yataq iki ölkənin dəniz sərhədində yerləşir. Həmin yataq sovet dönəmində bizim neftçilər tərəfindən, dənizin 4 kilometr dərinliyindəki layda kəşf olunub və ilk kəşfiyyat quyusu orada 1989-cu ildə qazılıb. Keçmiş adı ilə “Kəpəz” yaxud türkmən qardaşlarımıza görə “Sərdar” artıq yeni ad, yeni status, yeni imkanlarla tanınır”.

Parlamentin komitə sədri qeyd edib ki, iki qardaş respublika arasında, dövlət başçıları səviyyəsində ardıcıl təmaslar, qarşılıqlı səfərlər bütün məsələlərin qarşılıqlı olaraq qənaətbəxş səviyyədə həlli üçün münasib zəmin yaradıb: “Beləliklə, Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Anlaşma Memorandumu imzalanıb. Memorandumun imzalanması tarixi bir hadisədir. Bu, ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük önəmə malikdir. “Dostluq”dan hasil olunacaq neft-qaz respublikamızın mükəmməl, çoxfunksiyalı infrastrukturu və ixrac kəmərləri ilə daşınacaq, neft-qaz ixracatçısı olan respublikamızın həm də tranzit ölkə kimi önəmini artıracaq. Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində işbirliyinin yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır. Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun, əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu layihənin çox böyük beynəlxalq və regional önəmi də var. Anlaşma Memorandumunun imzalanması Xəzər dənizində bütün məsələlərin məhz dialoq, işbirliyi ortamında həll oluna biləcəyini bir daha sübut edir. Memorandum Azərbaycanın nəqliyyat-tranzit potensialını möhkəmləndirəcək. Başqa sözlə, Memorandum Xəzəri regionunda enerji, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici yatırımçıların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır”.

Baxış sayı : 127
Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35 Əcnəbi media Xocalı soyqırımı barədə məqalə dərc olunub 2021-02-23 20:50:37 Ermənilərin viran qoyduğu Ağdamın Sırxavənd kəndi - VİDEO 2021-02-23 11:25:17 Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır 2021-02-23 09:40:08 Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub 2021-02-23 08:55:30 Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər 2021-02-23 09:15:33