2021-01-24 09:15:43 | QHT VƏ MEDİA
“Komsomolskaya Pravda”da 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub

Rusiyanın “Komsomolskaya Pravda” qəzetində Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun dəstəyi ilə “Azərbaycan Hüzn gününü qeyd edir” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Qara Yanvar hadisələrinə həsr olunmuş məqalədə qeyd edilir: 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının öz ölkəsinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi tarixə düşüb. O faciəli gecə, 31 il bundan əvvəl ölkəmizin və xalqımızın azadlığını, şərəfini və ləyaqətini hər şeydən üstün tutan igid Azərbaycan övladları Vətən uğrunda canlarından keçiblər.

Məqalədə deyilir ki, o gecə Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktı bəşəriyyət tarixinə insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi daxil olmuşdur.

“Faciəli 20 Yanvar hadisələrinin ertəsi günü ümummilli lider Heydər Əliyev ailə üzvlərinin müşayiəti ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və orada mətbuat konfransı keçirdi. Həmin tədbirdə o Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüz aktını dinc əhaliyə qarşı qırğın və cinayət adlandıraraq kəskin şəkildə pislədi”, - deyə məqalədə vurğulanır.

Materialda xüsusilə qeyd olunur ki, Azərbaycan xalqı növbəti dəfə azadlıq arzusunu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa edərək, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qalib gəldiyi zaman həyata keçirdi.

Baxış sayı : 150
Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35 Əcnəbi media Xocalı soyqırımı barədə məqalə dərc olunub 2021-02-23 20:50:37 Ermənilərin viran qoyduğu Ağdamın Sırxavənd kəndi - VİDEO 2021-02-23 11:25:17 Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır 2021-02-23 09:40:08 Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub 2021-02-23 08:55:30 Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər 2021-02-23 09:15:33