
SOCAR Azərbaycanın iqtisadi inkişafındakı aparıcı rolu ilə yanaşı ölkəmizin ictimai həyatında bir çox sosial layihələrə davamlı dəstəyini hər zaman nümayiş etdirməkdədir. Şirkətin strukturuna daxil olan digər müəssisələr kimi SOCAR-ın “Neftqaztikinti” tresti də ötən il ərzində sosial layihələrin aktiv iştirakçısı olmuşdur.
Trestin əməkdaşlarının və Həmkar İttifaqı Komitəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna Trestin əməkdaşları tərəfindən könüllü ölaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-i həcmində, 207858 manat vəsait köçürüb.
2020-ci ildə COVID-19-la mübarizə tədbirləti çərçivəsində yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Neftqaztikinti” trestinin işçiləri tərəfindən 63511 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 282247 manat məbləğində vəsait köçürülüb.
Qeyd edək ki, “Neftqaztikinti” trestinin 26 əməkdaşı torpaqlarımızın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində iştirak etmişlər. Vətən müharibəsi iştirakçısı olan hər bir işçinin iş yeri və əmək haqqı tam saxlanılmış, onların ailə üzvlərinə maddi yardımlar edilmişdir.
