2020-11-18 08:30:48 | MÜSAHİBƏ
Kəlbəcərdəki Xudavəng monastırı ilə bağlı bütün izlər bu abidənin ermənilərə aid olmadığını göstərir

Ermənilərin onlara aid olduğunu iddia etdikləri Kəlbəcər rayonundakı Xudavəng monastrı ilə bağlı bütün izlər bu abidənin onlara məxsus olmadığını göstərir.

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının etnogenezində mühüm rol oynamış xristian albanlara məxsus Xudavəng monastrı üzərində ən böyük saxtakarlığı ermənilərin özləri ediblər:

"İlk növbədə, qeyd etmək lazımdır ki, burada hələ xristianlığaqədərki dövrdə də məbəd olub. Bunu 2007-ci ildə ermənilərin özlərinin monastr ərazisində apardığı qazıntılar zamanı aşkarlanan xüsusi oturacaqlarda oturmuş formada heykəllər də sübut edir. O zaman ermənilərin özləri də etiraf etmişdilər ki, bu cür heykəllər erməni xristianlığına xas deyil. Digər tərəfdən, kilsənin adını guya erməni dilində yüksəklik, təpə mənasını verən “xota” ilə əlaqələndirməklə ermənilər daha bir saxtakarlığa yol veriblər. Əslində, ad bu gün də dilimizdə olduğu kimi Xuda-vəngdir. Xuda/Quday isə xristanlığa qədərki dövrdə Turan və İran arealında "tanrı, yaradıcı" mənasında işlədilib".

E.Kəlbizadə əlavə edib ki, XIII əsrdə monastrın ən böyük tikilisini inşa etdirən hökmdar xanımının adının Arzu-xatun, atasının adının isə kitabədə Qurd olaraq qeyd olunması da təsadüf sayılmamalıdır.

Onun sözlərinə görə, ermənilər 2004-cü ildən etibarən erməni əsilli Amerikan biznes-ledisi Adel Hovnaniyanın vəsaiti hesabına bu məbəddə də saxtalaşdırma işlərinə başlayışlar. Bərpa işlərində Tehran ermənisi olan Edik Abramyan da fəal iştirak edib:

"Bu günlərdə yayılan videolarda gördüyümüz ermənilərin daşıyaraq apardıqları kilsə zəngi də 2005-ci ildə asılıb və o, heç bir tarixi mahiyyət daşımır. O dövrdə saxtalaşdırma işlərini həyata keçirən ermənilər 2017-ci ildə guya buradakı “qədim” - əslində isə ermənilər tərəfindən bir müddət öncə basdırılmış tapıntıları aşkarlamaq və hansısa yazıları bərpa etmək üçün italiyadan mütəxəssislər dəvət etmişlər".

Baxış sayı : 385
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36