2020-10-09 19:00:58 | TƏDQİQATLAR-ANALITIKA
Qürur hissimizi artıran tarixi günlər yaşayırıq

Möhsün NAĞISOYLU

AMEA-nın həqiqi üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru

Müstəqil Azərbaycan Respublikasının vətəndaşları hazırda tarixi günlər yaşayırlar. Əzəli Azərbaycan torpağı olan Qarabağın erməni işğalçılarından azad olunması uğrunda şanlı ordumuzun apardığı mübarizə və qələbələri hamımızı ürəkdən sevindirir.

Qəhrəman ordumuzun qələbələri ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin polad iradəsinin, möhkəm qətiyyət və cəsarətinin, məqsədyönlü siyasətinin və yüksək peşəkarlıqla apardığı diplomatiyasının nəticəsində baş tutur.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz haqq yolundayıq və Qarabağ torpağının erməni işğalçılarından azad edilməsi, haqqın, ədalətin böyük zəfəri və təntənəsidir. Bu günlər bütün Azərbaycan vətəndaşları: kiçiyindən tutmuş böyüyünə, cavanından tutmuş qocasına qədər hamı sonsuz sevinc içindədir, böyük qürur hissləri keçirir.

Xalqımız çoxdan bu günlərin həsrətində idi. Ulu Yaradana şükürlər olsun ki, gözlədiyimiz gün gəlib çatdı və biz ən böyük arzumuza qovuşmağın yaxınlığında, astanasındayıq. Yaşadığımız bu tarixi günlərdə Qarabağ uğrunda gedən döyüşlərin şanlı ordumuzun tam qələbəsi ilə başa çatması üçün hər kəs, bütün Azərbaycan vətəndaşları əlindən gələni etməlidir. İndi hər kəs, o cümlədən, ziyalılar bu haqq savaşının tezliklə və tam zəfərlə başa çatması üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Qarabağ uğrundakı haqq savaşının tezliklə tam qələbə ilə başa çatması üçün hər kəs bacardığını etməli, ölkə Prezidentinin ətrafında sıx birləşməli və qəhrəman ordumuza hərtərəfli dəstək verməlidir. Bu, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olmalıdır.

Bu günlər çoxları kimi mən də həm müdrik Prezidentimiz, Ali Baş Komandanımızla, həm də igid əsgər və zabitlərimizlə fəxr edir, qürur duyuram. Sevincimin həddi-hüdudu yoxdur. Qarabağ Azərbaycandır. Uca Tanrı bütün Azərbaycan xalqını və bizə dəstək olanları qorusun.

Baxış sayı : 110
Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir 2020-10-20 12:45:43 Zaman jurnalistikaya yeni baxış tələb edir 2020-10-20 08:10:22 Erməni komandirlər və vəzifəli şəxslər zərərsizləşdirildi 2020-10-20 08:00:35 "Ermənistan ordusu cəbhə boyu təslim olur" - Rufiz Qonaqov 2020-10-20 07:55:13 Elçin Əmirbəyovdan terror xəbərdarlığı 2020-10-20 07:45:49 Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibə verdi 2020-10-20 07:35:04 Braziliya telekanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib 2020-10-20 07:30:42 Helsinkidə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib 2020-10-19 12:45:41 Ermənilər Suqovuşan su anbarında bütün avadanlıqları yararsız hala salıb 2020-10-19 09:35:46 “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə gerçəkləşdirilib 2020-10-19 08:45:05 MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir 2020-10-19 08:20:31 Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibətə və davranışa görə minnətdarlıq edib 2020-10-19 07:10:53 Prezident Xudafərin körpüsünün azad olunmasını rəsmən elan etdi 2020-10-19 07:00:11 Təcavüzkar Ermənistanın çirkin niyyəti iflasa uğradı - Musa Qasımlı 2020-10-18 13:50:24 İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı… 2020-10-18 13:35:28 "Ermənistan tərəfdən müsbət addım görmürük" - Fərid Şəfiyev 2020-10-18 13:20:34 Birinci vitse-prezident Mehriban Əliyeva: Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz! 2020-10-17 18:55:57 Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti Ermənistanın cinayət əməllərini kəskin şəkildə qınamağa çağırırıq 2020-10-17 18:55:51 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. 2020-10-17 12:45:00 “Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi” 2020-10-17 08:20:42 Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləyib 2020-10-17 08:10:29 “Ermənistan mülki əhaliyə qarşı hücumlarını davam etdirir” 2020-10-17 07:50:19 Azərbaycan XİN Gəncə qətliamı ilə bağlı bəyanat yaydı 2020-10-17 07:45:21 İqor Korotçenko: Azərbaycan ordusu XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi 2020-10-16 17:15:29