2020-08-02 07:45:09 | QHT VƏ MEDİA
"Ermənistanın Soros Fondundan maliyyələşməsi KTMT-ni düşündürməlidir"

.

"Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan da daxil olmaqla indiki siyasi rəhbərliyinin Soros Fondundan gizlicə maliyyələşməsi məsələsi gündəmdədir. Bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələri də ciddi şəkildə düşündürməlidir". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-ni diskvalifikasiya etməsi, təşkilatın Baş katibini həbs etməsi, bir il ərzində bu təşkilata yeni Baş katibin təyin olunmasına imkan verilməməsi faktları da ortadadır:

"Bu məsələlər bütövlükdə həm MDB çərçivəsində, həm də müqavilə çərçivəsində bilinir. Ermənistanın Soros kimi digər ölkələrdə inqilablar və təxribatlar yaradan təşkilatlarla əməkdaşlıq etməsi və maliyyələşməsi özü bir daha göstərir ki, dırnaqarası "demokratiya" adı altında imitasiya var. Ermənistan həmin fondların, gizli təşkilatların maraqlarına xidmət edir. Bu baxımdan həm Rusiyanı aldadır, həm də Qərbi. Eyni zamanda regionda vəziyyətin gərginləşdirilməsinə çalışır. Rusiya ilə qonşu dövlətlərin, həmçinin, Gürcüstan ilə qonşu dövlətlərin münasibətlərinin gərgin olmasına çalışır. Azərbaycan qarşı torpaq iddiası ilə çıxış edir. Eyni zamanda Türkiyəyə və imkan əldə etdikdə bunu İrana qarşı da edər. Bütövlükdə bu ölkə separatizmlə məşğuldur".

Ekspert əlavə edib ki, Ermənistandakı son inqilab Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub:

"Təsadüfi deyil ki, bu yaxında Soros Ermənistana pandemiya ilə əlaqədər 600 min dollar maliyyə yardımı edib. Əvvəlki hakimmiyyətlərə nifrət olduğu kimi, bu gün də Ermənistanda Paşinyan hakimiyyətinə nifrət formalaşıb. Cənab Prezidentin bildirdiyi kimi, Sorosun əlaltıları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqləri ola bilməz. Onlar bu gün də gizli şəkildə bu fondlardan maliyyə alır. Ölkəmizdə də bu fond vasitəsilə zaman-zaman təxribatlar törətməyə cəhdlər edilib. Lakin bu, baş tutmayıb".

Baxış sayı : 861
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22 "Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb" 2021-01-15 09:55:37 Prezident və xanımı Şuşaya səfər ediblər - VİDEO 2021-01-15 09:40:09 İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib 2021-01-14 19:00:11 Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər 2021-01-14 11:15:34 “Metsamor” təhdidi: Regionda yeni münaqişə alovlana bilər 2021-01-14 09:25:45 Almaniyalı jurnalist ermənilərin Bərdə, Ağdam və Tərtərdə törətdiyi vəhşiliklərlə bağlı məqalə hazırlayıb 2021-01-14 09:05:52 Ombudsman Qarabağda diversant qüvvələrin yerləşdirilməsini pislədi 2021-01-14 08:50:30 Putin və Ərdoğan arasında Qarabağ müzakirəsi 2021-01-14 08:40:32 11 yanvar-Azərbaycanın dünyada tanınması günüdür- Nəsiman Yaqublunun araşdırması 2021-01-13 10:20:57 “Qarabağnamə” tamaşası onlayn göstəriləcək 2021-01-13 09:20:14 “Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb 2021-01-13 09:05:14 Rusiyalı deputat: Otuz il davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə çevrilir 2021-01-13 08:40:38 Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkdi 2021-01-13 08:10:11 Neftqaztikinti Trestinin əməkdaşları “YAŞAT” fonduna 200 min manatdan artıq vəsait köçürüb 2021-01-12 18:50:42 Vüsal Qasımlı: Regional kommunikasiyaların açılması iqtisadi arxitekturanı dəyişəcək 2021-01-12 14:55:58