SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: Xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır

2020-07-27 18:40:57

.

Xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Yadımdadır, o vaxt mən dedim, biz bu işi görürük ki, ölkəmiz, xalqımız üçün gənc kadrlardan ibarət intellektual potensial yaradaq. Biz bunu edirik ki, gənclərimiz dünyanın aparıcı ali məktəblərində oxusunlar. Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik? Biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır. Siz də bunun şahidisiniz, o vaxt heç bir şərt qoyulmadan biz gəncləri xaricə ezam etdik, oxutdurduq. Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Buna görə, bu müsbət təcrübə öz bəhrəsini verdi və siz bu proqram xətti ilə xaricdə təhsil almış insan kimi bunu görürsünüz. Siz qayıtdınız, burada çalışdınız, gənc olmağınıza baxmayaraq, sizə böyük vəzifələr etibar edilmişdir və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz".


Kateqoriya : SİYASƏT Baxış sayı : 466

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...