SİYASƏT
A- A A+

Həmsədrlər cəbhədəki gərginliklə bağlı BƏYANAT yaydılar

2020-07-13 18:25:06

.

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şofer (ABŞ) iyulun 12-13-də Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlə bağlı bəyanat yayıblar.

Bəyanatda bildirilib ki, Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin və digər mənbələrin məlumatına görə, 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması nəticəsində itkilər olub, hər iki tərəfə məxsus qüvvələrin müxtəlif kalibrli artilleriyalardan istifadə etdiyi bildirilir.

Qeyd olunub ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik itkilərin olmasına təəssüflənir, həlak olanların ailələrinə başsağlığı verir:

"Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi insident başlayandan bəri Ermənistan və Azərbaycan rəsmiləri ilə birbaşa təmasda olublar. Döyüşün başlanmasında tərəflər bir-birini ittiham edir. Minsk Qrupu həmsədrləri atəşkəsin pozulmasını qınayır və gərginliyin daha da artmaması üçün tərəfləri aralarındakı birbaşa rabitə kanallarından istifadə etmək də daxil olmaqla, bütün zəruri addımları atmağa çağırır".

Bundan başqa, Minsk Qrupu həmsədrləri tərəfləri mümkün qədər qısa zamanda substantiv danışıqlara başlamağa çağırıb.

Həmsədrlər şərtlər imkan verən kimi ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasının vacibliyini də vurğulayıblar.


Kateqoriya : SİYASƏT Baxış sayı : 319

QHT və MEDİA

2020-08-08 13:00:59

QHT və MEDİA
Koronavirusla mübarizə sahəsində görülən...
Koronavirusla mübarizə sahəsində görülən...

"Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vid...

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...