FACT-INFO.AZ » CƏMİYYƏT » "Vətən sizə əmanətdir, Azərbaycan gəncləri!"
24-07-2020, 08:55 | CƏMİYYƏT
"Vətən sizə əmanətdir, Azərbaycan gəncləri!"

Kürdəmirin Tədqiqi və Təbliği İctimai Birliyinin təşkilatçılığı və f.ü.f.d Yaqut Bahadurqızının moderatorluğu ilə gənclərimizin vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi məqsədi ilə "Vətən sizə əmanətdir, Azərbaycan gəncləri!" mövzusunda zoom platforması vasitəsilə onlayn toplantı keçirilmişdir.

Son günlərdə Ermənistanın təcavüzkarlığına qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizi yad etdikdən sonra tədbiri açan f.ü.f.d Yaqut Bahadurqızı bütün iştirakçıları salamlamışdır. Yaqut Bahadurqızı ön sözdə vurğulamışdır ki, bugünkü müasir dünyada həyatımızın ayrılmaz tərkib hissəsi olan yeni texnologiyaların kəşfi, gənclərimizin ondan müxtəlif sahələrdə uğurla istifadəsi onu göstərir ki, savadlı, zehinli, dünyagörüşlü bir nəsil yetişməkdədir. Daha sonra isə söz gənclərə verilmişdir.

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı Təbriz Qasımov gənclərdə vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu vurğulayaraq 12-13 iyul tarixlərində cəbhədə baş verən hadisələrdən təsirlənərək Bakıda dövlətimizə və ordumuza dəstək olmaq məqsədilə təşkil edilmiş yürüşü təqdirəlayiq hesab etsə də, həmin yürüşün Milli Məclisə daxil olmaqla nəticələnməsini qınamışdır. Həmçinin orta təhsil müəssisələrində, eləcə də ali təhsil müəssisələrinin bakalavr səviyyələrində hərbi quruculuqla bağlı təlim-tədris məsələlərini geniş həcmdə yer verilməli olduğunu bildirmişdir.

Bakı Dövlət Universitetinin tələbəsi Kəmalə Məmmədova nitqinə başlayarkən, Azərbaycan Respublikasında gənclərə diqqət və dövlət qayğısının yüksək səviyyədə olmasını xüsusi vurğuladı. Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyevin gənclərə dəstəyindən bəhs etdi. Sonda isə bilikli gənc nəslin formalaşdırılması üçün güclü lider və güclü ölkənin olmasının ən böyük şərt olduğunu vurğuladı.

Bakı Dövlət Universitetinin III kurs tələbəsi Nuralı ismayılov Azərbaycanda dövlət siyasətinin bütün istiqamətlərinin, xüsusilə gənclər siyasətinin uğurla inkişaf etdirilməsindən söz açmışdır. Məktəbli Toğrul Məmmədəliyev Dəyirmi masaya qoşulub MİLLİ QƏHRƏMAN Mübariz İbrahimova həsr olunmuş şeiri coşquyla söyləyərək müzakirənin ovqatını daha da yüksəltdi.

Milli Məclisin deputatı Əminə Ağazadə öz çıxışında gənclərlə bağlı qəbul edilmiş hüquqi-normativ aktlarda, fərman və sərəncamlarda, dövlət proqramlarında gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlər və təkliflərin öz əksini tapması ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunun güclənməsi sahəsində həyata keçirilən işlərin uğurla davam etdirilməsindən söz açmışdır. Bu gün Azərbaycan gənci özünün ruh yüksəkliyi ilə, Vətənin, Ölkə Başçısının çağırışına anında öz səfərbəliyini nümayiş etdirməsiylə bir daha sübut edir ki, bu millətin gələcəyi etibarlı əllərdədir və heç bir qara qüvvə Azərbaycan gəncliyini öz müqəddəs missiyasından yanlış yönə çevirib özlərinin məkirli planlarında istifadə edə bilməyəcəyini xüsusi vurğulamışdır.

Gənclərin çıxışından sonra müzakirəni YAP Kürdəmir Rayon Təşkilatının sədri Ağali Kərimli, ehtiyatda olan polkovnik-leytenant Qabil Nəsibov, t.e.d., prof. Habil Məmmədov, şairə Zenfira Əlişqızı, tarixçi Zeynal Səfərov davam etdirmişlər.




Baxış sayı: 1 394
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30