FACT-INFO.AZ » CƏMİYYƏT » ABŞ-da Qarabağ həqiqətlərindən danışılıb
1-03-2016, 09:25 | CƏMİYYƏT
ABŞ-da Qarabağ həqiqətlərindən danışılıb

Belə ki, Xocalı soyqırımının 24-cü ildönümünün anıldığı günlərə təsadüf edən bu konfransda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan icmasının nümayəndəsi kimi ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və idarə heyətinin üzvü Yusif Babanlı çıxış ediblər.

Azərbaycan səfiri çıxışının əsas hissəsini məhz Xocalı qətliamına həsr edərək konfransa toplanmış çoxsaylı iştirakçılara bu faciə və onun doğurduğu ağır nəticələr haqqında məlumat verib. O, Xocalı qətliamının anılmasının Azərbaycan xalqı üçün çox mühüm əhəmiyyət kəsb etdiyini deyib, bu faciənin artıq azərbaycanlı kimliyinin tərkib hissəsinə çevrildiyini bildirib. 

Diplomat Türkiyə Prezidenti və Baş naziri tərəfindən Xocalı qətliamının ildönümü ilə bağlı verilmiş bəyanatların, bütün Türkiyə xalqı tərəfindən bu günlərdə göstərilən dəstəyin çox yüksək qiymətləndirildiyini söyləyib. Xocalı qətliamının miqyasını izah etmək üçün səfir bu faciənin Bosniyanın Srebrenitsa şəhərində baş vermiş qətliamdan heç də fərqlənmədiyini bildirib və əlavə edib ki, hətta Srebrenitsada yalnız gənc oğlan və kişilər qətlə yetirildiyi halda, Xocalıda qadın, uşaq və yaşlıya belə heç bir fərq qoyulmayib. 

Səfir Xocalı qətliamının törədilməsində Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın birbaşa əlinin olduğunu qeyd edərək, onun bu barədə britaniyalı jurnalist Tomas de Vaala etdiyi etirafı xatırladıb. O, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə regionda sülhün bərqərar edilməsi və Xocalı qətliamının buraxdığı dərin yaraların sağalmasının mümkün olmayacağını söyləyib və bu münaqişənin nizamlanması üçün Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkilməli olduğunu vurğulayıb.

Elin Süleymanov həmçinin Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq ölkəmizin Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” şüarına sadiq qaldığını və əlaqələrimizin hər zaman genişlənməsinə önəm verdiyini diqqətə çatdırıb. O, ABŞ-da yaşayan Azərbaycan və türk icmaları arasında qarşılıqlı əlaqələndirmə və dəstəyin vacibliyi barədə fikirlərini bölüşüb.(AZƏRTAC)

Yusif Babanlı Amerikadakı Azərbaycan icmasının Birləşmiş Ştatlarda fəaliyyəti haqqında məlumat verib və bu sahədə qarşıya çıxan çətinliklərə toxunub. O, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı və Ermənistan-Azərbaycan münaqişəsinə dair həqiqətlərin yerli ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə aparılan məlumatlandırma kampaniyaları barədə söhbət açıb. Y. Babanlı ABŞ-da mövcud olan Azərbaycan və digər türkdilli icmaların davamlı istifadə etdikləri təbliğat vasitələrini sadalayıb, xüsusilə Birləşmiş Ştatlarda yerli və federal səviyyədə qanunvericilik orqanları ilə iş metodları barədə ABŞ Azərbaycanlıları Şəbəkəsinin təcrübəsindən misallar çəkib. AZƏRTAC-ın ABŞ-da xüsusi müxbiri olan Yusif Babanlı doğru məlumatın vaxtında yayılmasının və ABŞ-ın əlaqədar rəsmilərinə çatdırılmasının önəmini qeyd edib.

İki günlük konfrans çərçivəsində, həmçinin Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Heydər Əliyev Fondunun hazırladığı, Xocalı qətliamından bəhs edən fotosərgi nümayiş etdirilib.

Fevralın 27-də isə amerikalı jurnalist və tarixçi Tomas Qoltsun çəkdiyi və erməni işğalı altında olan Ağdamın “Qarabağ” futbol klubundan bəhs edən sənədli filmin təqdimatı olub. 

Təqdimatdan sonra müəllif tamaşaçıların suallarını cavablandırıb, Qarabağ həqiqətlərini onların diqqətinə çatdırıb.




Baxış sayı: 2 051
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30