FACT-INFO.AZ » CƏMİYYƏT » Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir
26-05-2020, 13:20 | CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanda karantin rejiminin tədricən yumşaldılması, əfsuslar olsun ki, bəzi vətəndaşlarımızda koronavirusun bitdiyi təəssüratını yaradıb:

“Digər təəssüfləndirici məqamlardan biri isə odur ki, sosial şəbəkələrdə virusun ümumiyyətlə olmaması və yaxud siyasi bir oyun olması ilə bağlı bəzi insanlar tərəfindən şayiələr dolaşır. Hesab edirəm ki, bu, çox təhlükəli bir tendensiyadır və digər insanların da həyatını təhlükə altına atır. Bu cür yanlış informasiyalar ağır fəsadlara gətirib çıxara bilər. Vətəndaşlarımız belə şayiələrə inanmamalı və müfaviq qaydalara əməl etməlidirlər”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirusla mübarizə istiqamətində sistemli şəkildə tədbirlər həyata keçirilir:

“Zamanında görülən bu tədbirlərin sayəsində ölkəmizdə gigiyenik-epidemoloji vəziyyət nəzarət altına alınıb. Lakin bəzi vətəndaşlarımızın məsuliyyətsiz davranışı, müvafiq qaydalara əməl etməməsi, o cümlədən virus barəsində qeyri-dəqiq informasiyaların yayılması görülən bu işlərin tam müsbət nəticə verməsinə mane ola bilər.

Başqa ölkələrdə məsuliyyətsiz davranışın hansı acı nəticələr verdiyinin şahidi olmuşuq. Bu cür halların ölkəmizdə də baş verməməsi, həmçinin bu virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir. Bu qaydalar çox sadədir - sosial məsafəni qorumaq, tibbi maskalardan istifadə, kütləvi halda toplaşmamaq, gigiyenik qaydalara əməl etmək. Burada çətin heç nə yoxdur və əgər virusa qalib gəlmək istəyiriksə, bunları etməliyik”.

Millət vəkili hesab edir ki, məsuliyyətsiz davranış və virus haqqında yanlış informasiyanın yayılması digər insanların həyatını təhlükə altına atdığı üçün qaydaların sərtləşməsi və cərimələrin artırılması gündəmə gələr bilər:

“Nəzərə almaq lazımdır ki, məsuliyyətsiz davranan hər bir insan təkcə özünün deyil, digər insanların da həyatını təhlükəyə atır. Bu baxımdan qaydaların sərtləşdirilməsi və cərimələrin artırılması məsələsinin aktuallığı artır”.




Baxış sayı: 1 184
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30