FACT-INFO.AZ » CƏMİYYƏT » Yaqub Mahmudov: "Azərbaycan xalqı faşizmin məğlub edilməsində fəal rol oynayıb"
10-05-2020, 08:45 | CƏMİYYƏT
Yaqub Mahmudov: "Azərbaycan xalqı faşizmin məğlub edilməsində fəal rol oynayıb"

Sovet dönəmində qəsdən cəmiyyətə yalançı tarix təlqin ediblər, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsi fəaliyyət göstərir. Elmi müəssisə İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır. “Erməni terrorçu-daşnak faşistləri alman faşizminin xidmətində (1939-1945-ci illər)” və “Azərbaycan SSR İkinci Dünya müharibəsində (1939-1945-ci illər)” kitabları üzərində gərgin iş gedir.

Bu sözləri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi ilə əlaqədar çıxışlarında hər zaman Azərbaycanın faşizm üzərindəki Qələbəyə sanballı töhfəsini xüsusi qeyd edir və soyqırımı canisi, Hitler faşizminin nökəri Qaregin Njdeni ifşa edir. Sevindirici haldır ki, ölkə başçısının Aşqabadda MDB-nin Zirvə görüşündəki məlum çıxışından sonra Rusiyanın Armavir şəhərində erməni kilsəsi tərəfindən zəbt edilmiş ərazidə Njdeyə qoyulan memorial lövhənin götürülməsi ilə əlaqədar qərar qəbul edilib. Prezidentin qeyd etdiyi kimi, özünü demokratik seçilmiş təqdim edən Ermənistanın yeni hakimiyyəti, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və faşist cəlladına ucaldılan heykəli sökməlidir.

Akademik vurğulayıb ki, Azərbaycan xalqı faşizmin məğlub edilməsində fəal rol oynayıb: “Biz bunu özümüzə şərəf bilirik və bu gün torpaqlarımızı işğal edən ermənilərə “faşistdən betər faşist” deyirik. Müharibə zamanı da ermənilərin Azərbaycanın ziyalı oğullarını məhv etmək xətti davam etdirilib. Qeyd etmək lazımdır ki, Həzi Aslanovun hərbi əməliyyatların getmədiyi bir məqamda öldürülməsinin Baqramyan tərəfindən təşkil edildiyi arxiv sənədləri ilə sübut olunub.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı faşizmə qarşı döyüş meydanlarında, arxa cəbhədə, həmçinin Avropanın müxtəlif ölkələrindəki antifaşist hərəkatında misilsiz qəhrəmanlıqlar göstərdi. Həmin dövrdə Azərbaycandan hərbi səfərbərliyə alınmış 600 mindən çox adamdan 170 mindən çoxu orden-medallarla təltif olundu, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Azərbaycan xalqının zəkasının faşizm üzərində Qələbədə mühüm rolu var. Böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin yüksək oktanlı yanacaq ixtira etməsi ilə 1941-1945-ci illər müharibəsinin gedişində böyük dönüş yarandı”.

Yaqub Mahmudov qeyd edib ki, Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb: “1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Bakı nefti və Azərbaycan aliminin mühüm ixtirası olmasaydı, 1941-1945-ci illər müharibəsi Sovet İttifaqının qələbəsi ilə sona çatmaz və dünya faşizm bəlasından xilas olmazdı. Lakin SSRİ-nin bir çox şəhərlərinə “qəhrəman şəhər” fəxri adı verildiyi halda, faşizm üzərində Qələbədə öz nefti ilə həlledici rol oynayan Bakı şəhərinə bu ad verilmədi”.

“Müharibənin gedişində xalqımızı çeçenlər, inquşlar, məshəti türkləri kimi sürgün etmək planları var idi, bunun qarşısını Azərbaycanın ozamankı rəhbərliyi ala bildi. Ermənilər Stalini inandırmışdılar ki, guya Bakı neftçiləri xəyanət edir və cəbhəyə yanacaq göndərmirlər. Stalin isə azərbaycanlıların 48 saat ərzində sürgün olunması barədə dekret hazırlamış və Azərbaycanın ozamankı rəhbərliyinə müvafiq göstəriş vermişdi. Lakin Stalinə sübut edildi ki, neftçilərimizin xəyanəti barədə məlumatlar yalandır. O zaman erməni yalanı Həştərxan və Krasnovodska zəngdən sonra ifşa edilmiş və Bakı neftçilərinin sisternlərlə oralara yanacaq göndərdikləri, mühasirədə olan Stalinqradın müdafiəsini təmin etdikləri sübut olunmuşdu. Bakı nefti olmasaydı, nə aviasiya, hərbi texnika, nə də döyüşən ordu yanacaqla təmin oluna bilməzdi”, - deyə alim vurğulayıb.

Akademik diqqətə çatdırıb ki, 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin bu sahədəki müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. 9 May - Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Bu, ölkə başçımızın tarixi keçmişimizə sayğılı münasibətinin parlaq təzahürüdür.(AzərTAc)




Baxış sayı: 1 052
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30