FACT-INFO.AZ » İQTİSADİYYAT » Dünya iqtisadi tənəzzülə duruş gətirə bilmədiyi halda Azərbaycan yeni layihələri hədəfləyir
27-04-2020, 09:50 | İQTİSADİYYAT
Dünya iqtisadi tənəzzülə duruş gətirə bilmədiyi halda Azərbaycan yeni layihələri hədəfləyir

Azərbaycan dövləti hər zamankı kimi yenə vətəndaşının yanındadır. Cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də həssas kateqoriyadan olan insanların sosial müdafiəsi Prezident İlham Əliyevin gündəlikdə saxladığı ən vacib məsələdir. Azərbaycan Prezidenti koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, bu ilin dövlət büdcəsində heç bir sosial layihənin ixtisar edilməyəcəyini bir neçə gün əvvəl keçirdiyi sosial-iqtisadi müşavirə zamanı bildirmişdi. Prezident İlham Əliyev həmişə olduğu kimi, yenə vədinə sadiq qalır, sözlə əməlin vəhdət təşkil etdiyini bir daha sərgiləyir. Hətta bu çətin və həssas dönəmdə yeni infrastruktur layihələri, vətəndaşların digər sosial problemlərinin həlli istiqamətində genişmiqyaslı tədbirlər reallaşdırılır. Yəni, dünyanın inkişaf etmiş ölkələrinin belə koronavirusun mənfi təsirləri qarşısında duruş gətirə bilmədiyi halda Azərbaycan yeni layihələri hədəfləyir.

Məlumdur ki, Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələ ölkədə qazlaşdırmanın 100 faizə çatdırılması, əhalinin dayanıqlı mavi qazla təmin edilməsidir. Sumqayıt şəhərinə yeni magistral qaz kəmərinin çəkilməsi bu siyasətin daha bir göstəricisidir. Təsadüfi deyil ki, dövlət başçısı ölkənin böyük şəhərlərindən biri olan Sumqayıtın fasiləsiz qaz təminatını ödəyəcək kəməri şəxsən istifadəyə verdi. Önəmli əhəmiyyətə malik yeni qaz kəməri eyni zamanda Sumqayıtda fəaliyyət göstərən istehsal müəssisələrini, fabrik və zavodları qazla təchiz edəcək, bu sahələrin gələcək inkişafı üçün geniş imkanlar yaradacaq. Yeni magistral kəmər belə desək, yardımçı ehtiyat xətdir. İndiyə qədər Sumqayıt şəhəri bir qaz kəməri vasitəsi ilə qazlaşdırılırdı. Lakin əhalinin və yeni iqtisadi obyektlərin artımı mavi qaza olan tələbatı çoxaldır və ikinci kəmərin çəkilməsini zəruri edirdi. Odur ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə tez bir zamanda yerinə yetirildi və biz artıq yeni alternativ qaz xəttinin istifadəyə verildiyini görürük.

Azərbaycan Prezidentinin daim nəzarətdə saxladığı daha bir vacib sahə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin sosial rifahı, bu təbəqədən olan insanların layiqli həyat şəraitidir. Erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın problemlərinin həlli dövlət siyasətində həmişə prioritet təşkil edib. İndiyədək çətin və ağır şəraitdə yaşayan on minlərlə məcburi köçkün ailəsi yeni şəhərciklərdə müasir mənzillərə köçürülüb. Prezident İlham Əliyevin şəxsi nəzarətində olan bu proses bu gün də davam etdirilir. Həftə sonu dövlət başçısının Abşeron rayonunda məcburi köçkünlər üçün inşası davam edən yeni şəhərciyə baş çəkməsi, görülən işlərlə yerindəcə tanış olması bu siyasətin növbəti bariz nümunəsidir. Prezident tikinti meydançasına gələrək proseslə şəxsən maraqlanmaqla məcburi köçkünlərin problemlərinə necə böyük həssaslıq göstərdiyini ortaya qoydu.

Hazırda Bakı, Sumqayıt və Abşeronda, həmçinin ölkənin bir çox bölgələrində məcburi köçkünlər üçün yeni şəhərciklərin tikintisi sürətlə aparılır. Bütün bunlar Azərbaycan dövlətinin sosialyönümlü siyasətini, məlum çətinliklərə baxmayaraq bu məqsədlər üçün maliyyə imkanlarını əsirgəmədiyini göstərir.

Azərbaycan öz vətəndaşlarına, xüsusilə də qayğıya ehtiyacı olan həssas insanlara sahib çıxan, onların problemlərini həll edən çox nadir ölkələrdəndir. Prezident İlham Əliyev bütün fəaliyyəti boyu bu baxımdan da humanist və insanpərvər prinsiplərə əsaslanıb, nümunəvi ənənə formalaşdırıb.

Həyata keçirilən sosial rifah tədbirləri, paralel olaraq reallaşdırılan böyük infrastruktur layihələri şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının gücünü göstərir. Bu uğurların təməlində əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar dayanır. Bütün bunları dünyanın nüfuzlu maliyyə qurumları da həmişə yüksək qiymətləndirir. Məsələn, qlobal beyin mərkəzlərindən olan "Heritage Foundation” tərəfindən bu günlərdə hazırlanan "İqtisadi Azadlıq İndeksi 2020” hesabatında Azərbaycan 16 pillə irəliləyərək 180 ölkə arasında 44-cü yeri tutub. Azərbaycan həmçinin bu indeks üzrə Avropa regionunda 45 ölkə arasında 24-cü yerdə qərarlaşıb və regionda ən çox irəliləyən ölkələr arasında birinci yerdədir. Bu nəticə ilə Azərbaycan Polşa, Belçika, İspaniya, Fransa, Türkiyə, İtaliya və bu kimi ölkələri də geridə qoyaraq ön sıralarda mövqeləşib. Göründüyü kimi, dünyanın mötəbər qurumları Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların müsbət nəticələrini maraqla izləyir və dəyərləndirir. Bununla da Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu durmadan artır.

Azərbaycan koronavirus pandemiyası ilə effektli mübarizə, yüksək sosial müdafiə tədbirləri ilə, eyni zamanda milli iqtisadiyyatını xarici iqtisadi şoklardan qorumaq bacarığı ilə öz müsbət praktikasını nümayiş etdirir, dünyaya özünəməxsus örnək göstərir. Uğurların formulu ortadadır. Prezident İlham Əliyevin milli maraqlara söykənən qətiyyətli siyasəti, konkret hədəflərə hesablanan strategiyası və birlikdə güclü olan möhkəm xalq-iqtidar birliyi!

Sahil Kərimli, Trend BİA-nın baş redaktor müavini




Baxış sayı: 1 072
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30