Bu günlərdə “Hədəf” nəşriyyatında "Xatirə ədəbiyyatı" silsiləsindən növbəti kitab - "Məhəmmədhüseyn Şəhriyar xatirələrdə" çapdan çıxıb.
Kitabın tərtibçisi və “Ön söz” müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuad, layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, redaktoru Səbuhi Şahmursoydur.
Kitab böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində şairin öz xatirələri də yer alıb. Əlavə olaraq şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazıları kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. Böyük söz ustadının ömrünün son saatları və ölümü də anbaan şahidlərin xatirələrindən oxuculara anladılır.
“Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Baxış sayı: 1 018
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

