FACT-INFO.AZ » İQTİSADİYYAT » SOCAR pandemiya dövründə Azərbaycanda izopropil spirtinin istehsalını bərpa etdi
21-04-2020, 16:15 | İQTİSADİYYAT
SOCAR pandemiya dövründə Azərbaycanda izopropil spirtinin istehsalını bərpa etdi

Qlobal pandemiya ilə əlaqədar bazarlarda spirtə tələbat kəskin artıb. Məhz bu tendensiya nəzərə alınaraq, ölkə başçısının tövsiyəsinə əsasən SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olunub.

Şirkətdən Fact-info.az-a verilən məlumata görə, sözügedən istehsalatın işə salınması EP -300 qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı.

“Azərikimya” İB-nin emal prosesində məqsədli məhsulların son məhsula çevrilməsi zəncirində öz yerini tutan MİPS (Mütləqləşmiş İzo Propil Spirti) istehsalatının fəaliyyətinin bərpa olunması qərarı izopropil spirtinə yerli və xarici bazarlarda tələbatın kəskin artması ilə bağlıdır. Qurğuda həyata keçirilən fasiləsiz təmir-bərpa işlərindən sonra aprelin 5-də texniki, 11-də isə mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələri istismara verilib və dərhal son məhsulun istehsalına başlanılıb.

Bu da öz növbəsində bir tərəfdən MİPS məhsulu üzrə idxaldan asılılığın kəskin azalmasına, digər tərəfdən isə yüksək səmərəliliklə dünya bazarlarına ixracın artırılmasına gətirib çıxaracaq. Müəssisədə MİPS istehsalı 2 mərhələlidir. Birinci mərhələdə texniki izopropil spirti istehsal olunur. İkinci mərhələdə isə Texniki Spirt saflaşdırılaraq MİPS məhsuluna çevrilir. “Etilen-Polietilen” zavodunda MİPS məhsulunun sutkalıq istehsal həcmi təqribən 60 tona qədərdir.

Xatırladaq ki, izopropil spirti tibbdən başqa bir sıra başqa sahələrdə (avtomobil sənayesi, kimya sənayesi, farmokologiya, energetika və s.) tətbiq olunur.

Dezinfeksiya sahəsində mütləq izopropil spirti tam olaraq etil spirtini əvəz edir və bu sahədə “universal təmizləyicilər” də istifadə edilir, həmçinin 70%-li tibbi kağız dəsmallara (salfetlər) hopdurularaq mikroblardan qorunma vasitəsi və s. kimi istifadə olunur.




Baxış sayı: 1 037
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30