FACT-INFO.AZ » CƏMİYYƏT » Vaqif Abışov: Düşünürəm ki, bu təbliğat yetırincə görünmür
20-04-2020, 15:35 | CƏMİYYƏT
Vaqif Abışov: Düşünürəm ki, bu təbliğat yetırincə görünmür

Ermənistan Şimali Azərbaycanımızın 86,6 min kv.km.-lik torpağının 20 faizini işğal edib və bu işğalçılıq siyasəti bu gün də davam edir. Azərbaycan isə öz dədə-baba torpaqlarını düşməndən azad etməyə aktiv cəhd edə bilmir. Bununda bir neçə səbəbi var. Fikrimizcə, birinci səbəb kimi günahı özümüzdə axtarmalıyıq. Çünki torpağı düşməndən biz azad etməliyik. Bunun üçün yaxşı silahlanmışıq və döyüşkən ordumuz var. Lakin bununla yanaşı güclü təbliğat da aparılmalıdır. Təbliğat aparılır, düşünürəm ki, bu təbliğat yetırincə görünmür.

Etiraf olunmalıdır ki, Dövlətimiz beynəlxalq səviyyədə torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün çox çalışır. Mən bu çalışmaları sadalamaq istəmirəm. Çünki hər şey göz önündədir. Dövlətimizin bu sahədə xarici siyasətinin aktivliyini danmaq olmaz. Lakin bu aktivliyi biz daxili təbliğatda o qədər də görə bilmirik. Ola bilsin kimsə məni qınayar ki, dünya koronavirusla mübarizə apardığı bir vaxtda, sən də torpaqlarımızın azad edilməsindən, təbliğatdan danışırsan. Düşünürəm ki, bütün çətinliklərə baxmayaraq, torpaqlarımızın azad edilməsi üçün hər gün aktiv təbliğat apamalıdır. Neçə ki, koronavirusla bağlı bütün günü, dayanmadan təbliğat aparılır, eləcə də Qarabağımızı, torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün dayanmadan müharibə təbliğatı aparılmalıdır.

Fikrimizcə, təbliğat evlərimizdə, uşaq bağçalarımızda, orta və ali məktəblərimizdə, küçədə, reklamlarda, televiziyaların ekranlarında, radioda, dükanların içi və çölündə, bazarlarda, dəmiryolu vağzallarında, hava limanlarında, Respublikamızın xarici dövlətlərlə sərhəd-keçid məntəqələrində və s. yerlərdə aparılmalıdır İnsanlar koronavirus təbliğatından, sanki, az qala hər gün ölümünü gözləyir. Uşaqdan böyüyə kimi hamı bu virus haqqında düşünür və ya düşündürürlər. Qarabağımızı azad etmək üçün təbliğatımız bundan qat-qat artıq olmalıdır. Artıq olmalıdır ki, torpağımızı tezliklə azad etmək üçün xalqımızda ruh yüksəliyi daha da artsın.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Vaqif Abışov




Baxış sayı: 1 111
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30