Müəllif Marko Martin məqalədə Azərbaycana səfəri ilə bağlı təəssüratlarından yazıb.
Jurnalist Azərbaycanın əlverişli coğrafi mövqeyi, tarixi, mədəniyyəti, turizm imkanları, müasirliyi, dini tolerantlığı barədə ətraflı məlumat verib. Məqalədə bildirilir ki, həssas bir regionda yerləşən Azərbaycan sabit, çiçəklənən və Qərbə inteqrasiya edən ölkədir.
Müəllif Bakı şəhərində gəzərkən məscid, kilsə və sinaqoqlara rast gəldiyini qeyd edir və Azərbaycanda dini tolerantlığın insanların həyatının ayrılmaz hissəsi olduğu qənaətinə gəldiyini vurğulayır.
Paytaxtın müxtəlif görməli yerlərinə baş çəkdiyini qeyd edən jurnalist şəhərin memarlıq üslubunda qədim və müasir tikililərin kombinasiyasını, xüsusilə Karvansaray və “Alov Qülləri” kimi xüsusi memarlıq nümunələrini gördüyünü diqqətə çatdırır. M.Martin Azərbaycanda insanların gündəlik həyatı, bu ölkədə mövcud olan alman irsi haqqında da məlumat verir.
Müəllif daha sonra Lahıc qəsəbəsinə, Şəki şəhərinə və Kiş kəndinə səfəri zamanı onda yaranmış təəssüratları bölüşür. Lahıcda minillik tarixə malik olan sənətkarlıq ənənələri, Şəki xanlarının sarayı haqda söhbət açır. Qeyd edilir ki, UNESCO-nun dünya mədəni irsi siyahısına daxil edilmiş Qobustandakı qayaüstü rəsmlər və palçıq vulkanlarını görmək üçün buraya çoxlu insanlar gəlir.
Baxış sayı: 2 540
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

