Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələri dünyanın maraq dairəsindədir. Ölkəmiz dünyanın enerji siyasətində önəmli söz sahibidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti iclasını şərh edərkən deyib.
Politoloq qeyd edib ki, neftdən gələn gəlirlər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə və müasir infrastrukturun yaradılmasına yönəldilir, həmçinin sosial islahatların maliyyə bazasını formalaşdırır. Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Layihə nəqliyyat marşrutlarını da şaxələndirir. Azərbaycanın dünya üçün bu qədər əhəmiyyətli enerji ölkəsi olması dövlətimizin beynəlxalq arenada mövqelərini gücləndirir. Ölkəmiz uğurlu enerji siyasəti sayəsində bu gün geosiyasi güc, strateji qala və önəmli siyasi məkandır.
T.İsmayılov qeyd edib ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas elementlərindəndir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlərlə ərsəyə gətirilib. Bu gün TANAP, TAP kimi layihələr dünyaya önəmli töhfələr verir.
Politoloq Azərbaycanın Avropa İttifaqına, Mərkəzi Asiyaya və Çinə çıxış əldə etmək üçün mühüm bir yol açdığını da vurğulayıb.
Baxış sayı: 980
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

