FACT-INFO.AZ » CƏMİYYƏT » Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində qeyd olunub
6-02-2020, 09:45 | CƏMİYYƏT
Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində qeyd olunub

Xalq artisti Polad Bülbüloğlu, qızı Leyla, oğlu, gənc dirijor Murtuza, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, general-mayor Mais Bərxudarov, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin başçıları əvvəlcə N saylı hərbi hissəyə gəliblər. Qonaqlar hərbi hissədə əsgər və zabitlərin xidməti ilə maraqlanıb, ideoloji otaq, yataqxana, ərzaq anbarı, yeməkxana ilə tanış olub, əsgərlərlə birgə nahar ediblər.

Əsgərlər qarşısında çıxış edən Polad Bülbüloğlu onlara xidmətlərində uğurlar arzulayıb, qələbənin bizim olacağına inamını ifadə edib. Onu “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən P.Bülbüloğlu deyib: "Bu, mənim üçün çox böyük bir mükafatdır. Ömrümün sonunadək çalışacağam ki, bu ordenə layiq olum".

Xalq artistinə hərbi hissənin xatirə hədiyyəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu "Lələtəpə fatehləri" kitabı təqdim olunub. Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının çıxışları maraqla qarşılanıb. Polad Bülbüloğlu əsgərlərlə həmsöhbət olub, onlarla birgə rəqs edib.

Hərbi hissədə olarkən jurnalistlərə müsahibə verən Polad Bülbüloğlu deyib: “Çox duyğuluyam. Bu gün ötən 75 ildə ən gözəl ad günümü keçirirəm. Əsgərlərlə birgə, Qarabağa yaxın bir yerdə. Buradan Qarabağ dağları görünür. Əsgərlərlə bir yerdə yemək yedik, çay içdik, tort kəsdik, rəqs etdik. Bundan xoşbəxt gün tapmaq çətindir. Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq. Bu marşı özüm ifa edəcəyəm. Arzum budur ki, biz Qarabağa, Şuşaya qayıdaq və Cıdır düzündə gözəl tədbirlər keçirək. Xarı Bülbül festivalını yenidən təşkil edək”.

75 illik yubileyini cəbhə bölgəsində qeyd etməsindən danışan Polad Bülbüloğlu deyib: “Biz bu nümunəni Prezident İlham Əliyevdən götürürük. O, doğum gününü əsgərlərlə, məcburi köçkünlərlə birgə keçirir. Prezident gözəl bir ənənə yaradıb. Mən də hələ yay aylarında düşünürdüm ki, Prezidentdən nümunə götürüb ad günümü əsgərlərlə bir yerdə qeyd edim. Dünən Prezidentimiz mənə "Heydər Əliyev" ordenini təqdim etdi, ünvanıma çox gözəl sözlər dedi. Mən də fürsətdən istifadə edərək işimə, yaradıcılığıma qiymət verdiyi üçün dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, dünən qızım dedi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da “Instagram” səhifəsində məni təbrik edib. Mehriban xanıma da dərin təşəkkürümü bildirirəm. Çox duyğulandım”.

Həmin gün Beyləqan Olimpiya İdman Kompleksində Polad Bülbüloğlunun “Gəl, ey səhərim!” adlı konserti olub. Əvvəlcə Xalq artistinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinlədiyi mahnıları səslənib. Gecədə Polad Bülbüloğlunun oğlu Murtuza Bülbülün dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin "Rapsodiya"sı təqdim olunub.

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Polad Bülbüloğlunu görkəmli bəstəkar və müğənni, məharətli diplomat, Azərbaycanı sonsuz məhəbbətlə sevən vətənpərvər kimi səciyyələndirib, ən xoş arzularını çatdırıblar.

Tədbirdə Polad Bülbüloğlu Müdafiə nazirinin əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib. Yubilyara Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ xalçası hədiyyə olunub.

Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün iştirakçılara təşəkkürünü bildirib.




Baxış sayı: 1 421
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30