FACT-INFO.AZ » İQTİSADİYYAT » Politoloq: Azərbaycanın reallaşdırdığı enerji layihələri regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir
31-01-2020, 10:50 | İQTİSADİYYAT
Politoloq: Azərbaycanın reallaşdırdığı enerji layihələri regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir

Hazırda dünyada və regionda hadisələr dinamik inkişaf edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri mühüm əhəmiyyət kəsb edir. Son illərdə reallaşdırılan TANAP və “Türk axını” layihələri eyni vaxta təsadüf edir. Diqqət yetirin, Azərbaycan regionda həyata keçirilən çoxtərəfli formatlarda təşəbbüskar və iştirakçı kimi çıxış edir. Məsələn, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, İran-Azərbaycan-Türkiyə, İran-Azərbaycan-Gürcüstan-Türkiyə formatları və sair. Bu, qarşılıqlı iqtisadi əməkdaşlığın, siyasi maraqların üzərində qurulub və regionda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq İlqar Vəlizadə deyib.

“Enerji layihələrinin həyata keçirilməsi geosiyasi hadisələrin və proseslərin sürətlənməsinə bilavasitə öz təsirini göstərir. Bizim regionda xeyli formatda danışıqlar aparılır, layihələr həyata keçirilir. Bu format və layihələrdə Azərbaycan xüsusi fəallığı ilə seçilir”, - deyən İ.Vəlizadə qeyd edib ki, regionda enerji xəritəsini bir neçə ölkə müəyyənləşdirir. Bu ölkələrdən biri də Azərbaycandır. Təbii ki, bütün bunlar siyasətə də öz təsirini göstərir və vacib geosiyasi amilə çevrilir. Ümumiyyətlə, Azərbaycan regionda aparıcı ölkə kimi tanınır. Burada iqtisadi inkişaf və təhlükəsizlik böyük önəm daşıyır. Bütün bu amillər Azərbaycanın regionda dayanıqlılığını və çəkisini artırır.

Onun sözlərinə görə, yaşadığımız mürəkkəb regionda bəzi destruktiv qüvvələr var ki, onlar layihələrin reallaşmasını istəmir və hər vasitə ilə mane olmağa çalışırlar. Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələr regiondakı destruktivliyi azaltmağa imkan verir. Bu layihələr, eyni zamanda, əməkdaşlıq platformasına çevrilir.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda da dediyi kimi, Azərbaycan digər ölkələrlə münasibətində əməkdaşlığa hər zaman açıqdır. Ölkəmiz rəqib sayılan enerji layihələrinin həyata keçirilməsində çalışır ki, münasibətləri elə tənzimləsin ki, rəqabət əməkdaşlığa çevrilsin.

“Dövlətimizin başçısının Davosda qaz infrastrukturu ilə bağlı səsləndirdiyi təklif böyük maraq doğurdu. Digər ölkələrə də qaz infrastrukturundan istifadə imkanının verilməsi onu göstərir ki, Azərbaycan bütün tərəfdaşları ilə bütün sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq etmək niyyətindədir. Təbii ki, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regionda geosiyasi gərginliyin azalmasına da zəmin yaratmış olur”, – deyə, İ.Vəlizadə vurğulayıb.

Ermənistanın destruktiv siyasət apardığını və bunun regionda sabitliyin təmin olunmasına maneə yaratdığını bildirən politoloq qeyd edib ki, təcavüzkar ölkə 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bu, regionda həm iqtisadi, həm də siyasi risklər yaradır. Bununla belə, işğalçı ölkəyə beynəlxalq normalar çərçivəsində təzyiqlər göstərilmir.

“Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir və regionda təhlükəsizliyin, dayanıqlılığın təmin olunmasına çalışır”, - deyə politoloq əlavə edib.




Baxış sayı: 1 187
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30