FACT-INFO.AZ » CƏMİYYƏT » Ermənistan beynəlxalq məhkəmədə dindiriləcək
18-01-2020, 12:25 | CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiriləcək

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi 05 Yanvar 2011-ci ildə Ermənistana qarşı, Avropa məhkəməsində Məhkəmə iddiası qaldırdı.

İddia ərizəsinin № 52323/11 – ilə qeydə alındığı barədə Hüquqşunqs Sadiq Bağırovun ünvanına 26 avqust 2011-ci il tarixdə Strasburqdan cavab gəldi.

Ərizədə, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 34-cü maddəsinə və Məhkəmə Reqlamentinin 45-ci və 47-ci maddələrinə uyğun olaraq, Ağdam şəhərindəki Cümə Məscidi, Ağdam rayonu ərazisindəki Şahbulaq qalası, Laçın rayonu Kosalar kəndindəki Ağoğlan monastırı, Laçın Tarix-Diyarşunaslıq Muzeyi, Kəlbəcər Tarix-Diyarşunaslıq Muzeyi, Kəlbəcər rayonunun Vəng kəndindəki Gəncəsər (Qandzasar) Monastırı, Şuşa şəhərindəki Aşağı Gövhərağa Məscidi, Şuşa şəhərindəki Yuxarı Gövhərağa Məscidi üzərində törədilən vandalizm aktları qeyd olunur. Ermənistan bu hərəkətləri ilə Konvensiyanın 8-ci maddəsini və 1 saylı Protokolun 1-ci maddəsini kobud şəkildə pozulduğu aşıq şəkildə qeyd olunur.

Müraciətdən 9 il sonra Yəni 30 Oktyabr 2019-cu il tarixdə Avropa Məhkəməsi bizə müraciət göndərdi. Əlbəttə, biz də öz növbəmizdə şikayətimizi davam etdirəcəyimizi bildirdik. Bu hal ümid verir deyək ki, Ermənistan, Azərbaycanın işğal altında saxladığı ərazilərdə yol verdiyi vandallığa görə Avropa Məhkəməsində cavabdeh qismində dindiriləcək.

Vandalizm aktları birmənalı şəkildə beynəlxalq qanunlar və konvensiyalarda yoverilməz hesab edilir. 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var. Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq" barəsində razılığa gəliblər. 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.

Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur.

Bundan başqa Haaqa konvensiyasında konvensiyanın tətbiq edilməsi qaydaları müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilmişdir. Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə (2011-2015) Komitəyə üzv olduğu müddətdə 21 dekabr 2012-ci il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilmişdir.

Qərarda işğalçı ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və bu ərazilərə texniki missiyalarının göndərilməsi imkanları əks olunmuşdur. 18-19 dekabr 2013-cü il tarixində Parisdə keçirilən YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 8-ci Sessiyasında qəbul edilmiş digər sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onların həyata keçirilməsi mexanizmləri, monitorinq məqsədilə YUNESKO tərəfindən texniki missiyalarının göndərilməsi, YUNESKO-nun Baş Direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisində qəbul olunacaq qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması və s. öz əksini tapmışdır. Azərbaycan Respublikası, UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilməsi, Azərbaycana işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir. Beləki Komitə, Azərbaycana onun işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunmasına nəzarət edilməsinə şərait yaratmalı və işğalçı dövlətin nəzərinə münaqişə zonasında mədəni mülkiyyətin qorunmasının vacibliyini çatdırmalıdır.

Azərbaycanın mədəni dəyərlərinə qarşı törədilmiş cinayət əməllərinin, eləcədə bu abidələrə dəymiş zərərlərin qiymətləndirilməsinin aparılması 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s saylı “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların qiymətləndirilməsi” barədə sərəncamına, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına və 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul etdiyi sənədlərə və digər normativ aktlara uyğun həyata keçirilir.

Faiq İsmayılov




Baxış sayı: 2 192
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30