FACT-INFO.AZ » CƏMİYYƏT » “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının təqdimatı olub
17-01-2020, 09:20 | CƏMİYYƏT
“Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının təqdimatı olub

Tədbirdə çıxış edən kitabın müəllifi Xaqani İsmayıl uzun illər Azərbaycan, Türkiyə, Gürcüstan və başqa ölkələrin arxivlərində çalışaraq erməni məsələsi, onların törətdiyi soyqırımılar, ərazi iddiaları ilə bağlı ən geniş çərçivədə araşdırmalar apardığını söyləyib. O, araşdırmaları nəticəsində ermənilərin təkcə türklərə, müsəlmanlara qarşı deyil, həmçinin xristianlara və yəhudilərə qarşı da soyqırımılar törətdiyini tarixi faktlarla üzə çıxartdığını diqqətə çatdırıb: “Ermənilər 1918-ci ildə gürcü xalqına qarşı da soyqırımı törədiblər. Gürcüstanın istintaq idarələrinin arxivləri bütün dəlillərlə bu hadisənin məhz ermənilər tərəfindən törədildiyini sübut edir. Bu arxivlərdə həlak olanların siyahısı, şahid ifadələri, fotolar yer alıb”.

Qeyd edib ki, ermənilər ötən əsrin əvvəllərində siyasi terror aktlarına başlayıblar. Almanların Qafqazdan sürgün olunaraq yerinə ermənilərin köçürülməsi üçün ardıcıl siyasət aparıb və buna nail olublar.

Vurğulanıb ki, ermənilər 1918-ci ildə Quba hadisələrində azərbaycanlılarla yanaşı, yəhudilərə qarşı da soyqırımı törədiblər. Belə soyqırımılar Türkiyədə də baş verib, çoxlu sayda yəhudi öldürülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılov bildirib ki, kitab Birinci Dünya müharibəsi fonunda Qafqaz, Anadolu və Orta Asiya bölgələrində yaşayan türklərin, müsəlmanların, habelə xristianların və yəhudilərin soyqırımını sənədli qaynaqlar əsasında işıqlandıran əsərdir. Kitabda Mart soyqırımı ilə bağlı beynəlxalq sənədlər də yer alıb. Qeyd edib ki, kitabda əks olunan bütün hadisələr tarixi faktlara əsaslanır: “İstərdim ki, bu kitabı hər kəs oxusun, çünki bu vəsait tək Azərbaycanın tarixi taleyi ilə bağlı deyil, eyni zamanda türk, gürcü, yəhudi və yunanlara qarşı törədilən cinayətləri özündə ehtiva edir”.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri Rizvan Talıbov deyib ki, kitabın Azərbaycan hökuməti və onun xaricdəki nümayəndəlikləri tərəfindən yayımlanması, Rusiya və MDB ölkələrində təqdimatının keçirilməsi olduqca vacibdir.




Baxış sayı: 1 000
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30