FACT-INFO.AZ » İQTİSADİYYAT » Vaşinqtonda “Cənub Qaz Dəhlizi” müzakirə olunub
2-02-2016, 22:30 | İQTİSADİYYAT
Vaşinqtonda “Cənub Qaz Dəhlizi” müzakirə olunub

 Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir zamanı “Cənub Qaz Dəhlizi”nin yaxın gələcəkdə Avropa qitəsinin qaz təchizatının diversifikasiyasına real surətdə töhfə verə biləcək əsas layihə olduğu vurğulanıb və həmin təşəbbüsün həyata keçirilməsini şərtləndirən mühüm amillərdən biri kimi iştirakçı ölkə və  şirkətlərin nümayiş etdirdikləri qətiyyətli iradə qeyd edilib.
 Atlantik Şuranın Dinu Patrisiu adına Avrasiya Mərkəzinin direktoru səfir Con Herbstin açılış nitqinin ardınca tədbirdə məruzə ilə çıxış edən natiqlər arasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da olub. Azərbaycan diplomatı ölkəmizin fəal iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında söz açıb və bu zaman “Cənub Qaz Dəhlizi”nin daşıdığı regional əhəmiyyətin üzərində ayrıca dayanıb. O, unikal xarakterə malik bu layihənin ərsəyə gəlməsi üçün 7 ölkə və 11 şirkətin öz səylərini birləşdirdiklərini xatırladıb və onlar arasında mövcud olan möhkəm tərəfdaşlıq sayəsində bu günədək planlaşdırılan işlərin bir çox hallarda hətta qrafikdən öncə irəlilədiyini bəyan edib.
 Səfir “Cənub Qaz Dəhlizi”nin hər hansı ölkə, şirkət və ya digər bir layihəyə qarşı yönəlmədiyini və  yalnız mövcud qaydalara uyğun şəkildə, Azərbaycan qazını Avropa enerji bazarına çatdırmaq və Avropanın enerji təhlükəsizliyinə töhfə vermək missiyasına xidmət etdiyini bəyan edib. Azərbaycan rəsmisi eləcə də “Cənub Qaz Dəhlizi”nin keçdiyi ölkələr arasında daha möhkəm bağların yaranması və daha geniş əməkdaşlığı stimul etdiyini qeyd edin. Bu mənada, Avropa və Asiya arasında nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün inşa edilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə istinad olunub. Səfir həmçinin bir neçə gün öncə Ukraynadan yola salınmış qatarın Azərbaycandan keçməklə, Çinə üz tutması faktını açıqlayıb və enerji ilə yanaşı Azərbaycanın beynəlxalq tranzit potensialını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 Tədbirin başlığı ilə eyni adlı hesabatın müəllifi olan, Atlantik Şuranın qeyri-rezident tədqiqatçısı Aryel Koen də öz məruzəsində “Cənub Qaz Dəhlizi”ni yaxın gələcəkdə Avropalı istehlakçılara yeni mənbədən qaz çatdıracaq yeganə layihə kimi xarakterizə edib. O, adları çəkilən bir çox layihələrdən fərqli olaraq, “Cənub Qaz Dəhlizi”nin konkret olaraq inşa edilməkdə olduğunu vurğulayıb.
 Natiqlər arasında olmuş Türkiyənin ABŞ-dakı səfirinin müavini Tuqay Tunçer də “Cənub Qaz Dəhlizi” ilə bağlı oxşar fikirləri bölüşərək, onun digər layihələrlə müqayisə edilməyəcək bir mərhələyə yetişdiyini göstərib. Digər bir çıxışçı, “Frontera Resources” korporasiyasının təsisçisi Stiv Nikandros Azərbaycanın iştirakı ilə qurulmuş enerji infrastrukturunun regiona yeni sərmayəçilər cəlb etmək və nəticə etibarilə, regionu transformasiya etmək iqtidarında olduğunu söyləyib. 

 

 




Baxış sayı: 2 177
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30