FACT-INFO.AZ » İQTİSADİYYAT » Ödənişli İstehsalat təcrübəsi proqramının iştirakçıları işlə təmin edilib
16-12-2019, 09:55 | İQTİSADİYYAT
Ödənişli İstehsalat təcrübəsi proqramının iştirakçıları işlə təmin edilib

2019-cu ildə SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 2 aylıq təcrübə müddətini uğurla başa vurmuş 152 gənc artıq SOCAR-da işə qəbul olunub. Proqramda Respublikamızın və xarici ölkələrin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşları iştirak etmiş, neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanından yararlan, təhsildə qazandıqları bilik və bacarıqlarını nümayiş etdirmişlər.

Cari ildə həyata keçirilmiş Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 39 adda ixtisas üzrə elan olunmuş müsabiqəyə ümumilikdə 4449 nəfər təhsilini bitirməkdə olan tələbə, həmçinin son 3 ilin məzunları müraciət edib. Onlardan 230 nəfəri müsabiqədən uğurla keçərək təcrübədə iştirak etmək hüququ qazanmışdır. Həmçinin, SOCAR-ın ölkədaxili təqaüd proqramının 50 nəfər qalibi də qaydalara uyğun olaraq, təcrübəyə birbaşa cəlb olunmuşdur. Təcrübə müddətində gənc mütəxəssislərə təqaüd ayrılmış, SOCAR-da işləmək arzusunda olan gənc kadrlara isə, əlavə olaraq, müsahibə yolu ilə işə qəbul imkanı yaradılmışdır.

Artıq 152 gənc mütəxəssis SOCAR-ın “Azneft”, “Azərikimya” və “Azəriqaz” İstehsalat Birliklərində, “Neftqaztikinti” və “Kompleks qazma işləri” trestlərində, Nəqliyyat İdarəsində, H.Əliyev adına neft emalı zavodunda, Metanol zavodunda, İnformasiya texnologiyaları və Rabitə İdarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və digər müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşdur. İşə qəbul edilmiş ən gənc təcrübəçinin 20, ən yaşlı təcrübəçinin isə 31 yaşı var. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Kimya mühəndisliyi fakültəsinin məzunu Aysel Abdullazadə hazırda SOCAR-ın Etilen-Polietilen zavodunda polietilen istehsalatının texnoloqu vəzifəsində işləyir və həm də doktorluq işi üzərində çalışır. SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi Proqramının qalibi olan Aysel deyir: “İlk dəfə 2016-cı ildə SOCAR-ın Ödənişli Yay Təcrübə proqramının qalibi seçildim. Təcrübə zamanı qazandığım praktiki biliklər magistraturada təhsil alarkən mənə kömək oldu. 2018-ci ildə təkrar Ödənişli İstehsalat Proqramına müraciət etdim və yenə seçildim. Test və müsahibə mərhələlərini keçmək çox da çətin olmadı. Daha öncə SOCAR-ın proqramında iştirak etdiyim üçün inanırdım ki, imtahanlar tam şəffaf keçiriləcək. İşə qəbul olunduqdan sonra ətrafımdakı bütün tələbə yoldaşlarıma yalnızca biliklərinə güvənərək bu proqrama müraciət etmələrini məsləhət görmüşəm. Heç bir gənc qorxmasın, qəbul prosesi o qədər də çətin deyil. Biliyinə, çalışqanlığına inanan hər bir kəs bu proqramdan istifadə etsin”.

Hazırda 1 il müddətində Kadr ehtiyatı bazasında saxlanılan digər təcrübəçilərin də SOCAR-da işə qəbul imkanları araşdırılır. Növbəti aylarda işə qəbul edilən təcrübə proqramı qaliblərinin sayının 200-ə çatdırılması nəzərdə tutulur. Proqramda iştirak edən gənclər əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır. Onların arasında bakalavriatura ilə yanaşı magistr pilləsini bitirmiş məzunlar da vardır. Belə ki, cari ildə proqramın qalibi olan məzunlardan 46 nəfəri müxtəlif ixtisaslar üzrə magistr təhsilinə malikdir.

Xatırladaq ki, SOCAR-da ödənişli yay təcrübəsi proqramına 2010-cu ildən start verilmişdir. 2018-ci ilədək yalnız tələbələr üçün ödənişli yay təcrübəsi təşkil olunurdu. Həmin ildən etibarən proqram təkmilləşdirilmiş və məzunlara da proqrama qoşulmaq imkanı verilmişdir. 2018-ci ildə keçirilmiş Ödənişli İstehsalat Təcrübəsi Proqramı çərçivəsində 194 nəfər təcrübəçi SOCAR-ın müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşdur və hal-hazırda fəaliyyətləri ilə şirkətin inkişafına öz töhfələrini verirlər.




Baxış sayı: 975
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30