FACT-INFO.AZ » İQTİSADİYYAT » Qarabağ müharibəsi əlilləri və şəhid ailələri növbəti dəfə fərdi yaşayış evləri ilə təmin
30-01-2016, 20:15 | İQTİSADİYYAT
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri növbəti dəfə fərdi yaşayış evləri ilə təmin

Nazirlik 3 ədədi Siyəzən, 5 ədədi Şabran rayonunda olmaqla, daha 8 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin  istifadəsinə verib.  

Yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi zamanı ölkə əhalisinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin, sosial cəhətdən həssas qrupların təminatının yaxşılaşdırılmasının Prezident cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamətlərdən biri olduğu vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirlinin müavini İlqar Rəhimov bildirib ki, dünyada iqtisadi böhran proseslərinin kəskinləşməsinə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf dinamikası qorunub saxlanılır və bütün sosial poqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir. Bunun əməli təsdiqi kimi, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  12 rayonda fərdi yaşayış evləri, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş mənzillər, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. Ümumilikdə ötən il nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil verilib, habelə  dövlət başçısının iştirakı ilə Nərimanov rayonunda 132 mənzilli yeni yaşayış binası gözdən əlillərə təqdim olunub. Bu sahədə tədbirlər qarşıdakı dövrdə də  uğurla davam etdiriləcək.

Əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri çıxışlarında Azərbaycan Prezidenti tərəfindən son günlərdə sosial müavinət və təqaüdlərin, əmək haqlarının artırılması, ünvanlı dövlət sosial yardımı üçün əlavə vəsaitin ayrılması barədə Fərman və Sərəncamların imzalanmasını əhalinin sosial müdafiəsinə Prezident qayğısının növbəti əməli təsdiqi kimi dəyərləndiriblər. Bildirilib ki, mövcud iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatlar eyni zamanda sosial siyasət kursunun daim güclənməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərlə müşahidə olunur. 

Yeni mənzillərlə təmin olunan vətəndaşlar həmişə diqqət və qayğı ilə əhatə olunduqlarına, hazırda isə yeni fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Daha sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.  




Baxış sayı: 1 763
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30