Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı forum keçiriləcək.
AZƏRTAC forumun saytına istinadla xəbər verir ki, neft və qaz sənayesinin gələcəyinə dair müzakirələrin aparılacağı tədbirdə nəhəng enerji şirkətlərindən yüksək səviyyəli nümayəndələri iştirak edəcək.
Forumda Energetika naziri Pərviz Şahbazovun da iştirakı nəzərdə tutulur.
Xəzər Siyasət Mərkəzi qlobal enerji iqtisadiyyatını və qlobal enerji bazarını formalaşdıran texnologiyalar, siyasət və tədarük dəyişikliklərini araşdırmaq üçün nazir səviyyəsində nümayəndələri, iş adamlarını və rəhbər şəxsləri bir araya gətirir.
Forum Xəzər regionunun neft sektorundakı nailiyyətləri qeyd etmək və mühüm işgüzar əlaqələrin qurulması üçün ideal platforma olacaq. Tədbir ABŞ və Xəzər regionu arasında qarşılıqlı əməkdaşlıq üçün fürsətlər yadacaq.
Baxış sayı: 1 113
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

