Gürcüstan ərazisində həyata keçiriləcək istənilən iri regional layihə ölkənin təhlükəsizliyi və sabitliyini möhkəmləndirəcək. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri Gürcüstan ərazisindən keçir, lakin bu layihələr ölkəyə məxsus deyil. Bu layihələr regional əhəmiyyətə malikdir və dəhlizin bütün ölkələrinin təhlükəsizliyinə töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava “1TV.ge” (birinci kanal) kanalındakı “Sərbəst baxış” proqramında ölkə ərazisində inşa olunan dərin özüllü “Anaklia” limanı layihəsinin əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, hər iki boru kəməri Gürcüstanın enerji təhlükəsizliyinə töhfə verən əsas amillərdəndir. “Anaklia” layihəsi Gürcüstan üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri qədər strateji əhəmiyyətə malikdir.
N.Turnava deyib ki, bu yaxınlarda keçirilən beynəlxalq Tbilisi İpək Yolu Forumunda bir çox ölkələrin nümayəndələri Gürcüstanda dərin özüllü dəniz limanının tezliklə inşa edilməsində maraqlı olduqlarını bildiriblər: “Layihə yalnız bizim deyil, digər ölkələrin də maraqlarına cavab verir”.
Baxış sayı: 1 188
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

