FACT-INFO.AZ » CƏMİYYƏT » Tale Heydərov: "Qarabağ" bir komandadan daha artıqdır"
28-10-2019, 08:10 | CƏMİYYƏT
Tale Heydərov: "Qarabağ" bir komandadan daha artıqdır"

“ABŞ-da bazar ertəsi axşamları futbolun sinonimi sayılır. Hərçənd bunun yöndəmsiz Amerika variantıdır ki, digər dünyanın “gözəl oyun” hesab etdiyinə donuz dərisi atır. Amma Avropada – xüsusilə də Azərbaycanda – dünya oyunu (bizim amerikalı kuzenlərə futbol) dominantlıq edir”.

APA-nın məlumatına görə, bu barədə “Qəbələ” İdman Klubunun sabiq prezidenti Tale Heydərov “emerging-europe.com”da dərc olunmuş məqaləsində yazıb.

O vurğulayıb ki, futbol üzrə Avropa miqyaslı turnirlər Azərbaycanda xüsusi çəkiyə malikdir:

“Avropanın ümumqitə ikinci yarışı, UEFA Avropa Liqası dördüncü gün axşamları Azərbaycanın idman həyatının ayrılmaz hissəsi olub. Yarış ölkəni Avropa millətlər ailəsi ilə birləşdirməyə kömək edib. Turizm və əvvəl qərblə şərqin bu yolunu bilməyən qonaqlar üçün yeni dalğa açıb. Futbolun gənclərin komanda idman növlərinə cəlb olunması və onların qürur hissəsinin artmasındakı rolunu “Qəbələ” Futbol Klubunun prezidenti olduğum vaxtdan xüsusi dərk edirəm. Biz “Arsenal” və İngiltərənin əfsanəsi Toni Adamsı kluba rəhbərlik etməyə dəvət etdik və “Arsenal”a “Qəbələ” futbol akademiyasını – ölkədəki yerli gənc istedadların inkubatorunu yaratmaq imkanı verdik”.

T.Heydərov qeyd edib ki, qitə kuboklarının qrup mərhələsinin daimi iştirakçısına çevrilən “Qarabağ” bütün ölkədəki futbolsevərləri birləşdirib: “Futbol adətən şəhərləri, birlikləri, hətta ailələri kluba loyallıq baxımından bölür. Buna baxmayaraq, Avropa miqyaslı oyunları Azərbaycanda bütün millət izləyir və onlar birləşir, xüsusilə də hazırkı Premyer Liqa çempionu “Qarabağ” oynayanda. 2017-2018-ci illər mövsümündə Çempionlar Liqasında qrup mərhələsində düşən ilk Azərbaycan komandası ümumilikdə UEFA turnirlərində 87 oyun keçirib, 33 qələbə qazanıb, 22 heç-heçə edib. Bu yaxınlarda İspaniyanın “Sevilya” klubu ilə oynadılar, oktyabrın 3-də isə Lüksemburqda Avropa cırtdanları “Düdelanj”la görüşdə 4:1 hesablı qələbə qazandılar. Bu həftə “”Qarabağ” Kipr çempionu APOEL-i, avqustda səfərdə 2:1 hesabı ilə məğlub etdiyi komanda ilə qarşılaşdı. Avropa komandaları ilə oyunlar Azərbaycan futbolunun səviyyəsini artıracaq və biz ümid edirik ki, Messi və Ronaldo ümidləri verən yeni nəsli ilhamlandıracaq”.

Sabiq klub prezidenti “Qarabağ”a xüsusi rəğbət və sevginin komandanın təmsil etdiyi bölgə və daşıdığı adla bağlılığına da toxunub: “Amma azərbaycanlı fanatların həmrəyliyinin daha ciddi əsasları var. Onlar bir komandadan daha artıqdır. Onlar daha artıq olan bir şeyin rəmzidir. 1951-ci ildən yaranan “Qarabağ” komandasının vətəni, doğma şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Ağdamdır. Komandanın uğursuz ləqəbi var – “həmişə evdən uzaqda oynayan komanda”. 1993-cü ildə Dağlıq Qarabağdakı erməni-azərbaycanlı münaqişəsi zamanı qonşu Ermənistanın qüvvələri Ağdamı viran ediblər. Komandanın baş məşqçisi Allahverdi Bağırov tank əleyhinə minada partlayıb. O, həm də 1992-ci ilin fevralında Xocalı soyqırımına da məruz qalan Azərbaycan vətəndaşlarından çox sayda xilas etmiş cəsur vətənpərvər olub. İşğaldan sonra “Qarabağ” 1966-cı ildə keçirilən dünya kubokunda İngiltərənin Qərbi Almaniya üzərində qələbəsində həlledici rol oynamış rusiyalı kimi tanınan yan xətt hakiminin adını daşıyan Tofiq Bəhramov adına milli stadiona qaçqın düşüb. “Qarabağ” FK-nın davam edən erməni işğalı üzündən indiyə qədər öz evində oynaya bilməməsi faktının özü yaralı yerdir. Bunun davamını “Düdelanj”la bu yaxınlardakı matçda görmək olardı. Ermənilər tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə stadiona dron uçurdanda qarşılaşma 20 dəqiqə dayandı. Belə təxribatlara idmanda yer yoxdur, daha geniş müstəvidə bunlar iki xalq arasında münasibətləri daha da qızışdırmağa xidmət edir".

O, erməni-azərbaycanlı münaqişəsinin başlanğıcı 30 il əvvələ təsadüf etdiyini də xatırladıb: "BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə Ermənistanı torpaqları tərk etməyə çağırsa da, bunu etməyiblər. Yüz minlərlə kişi, qadın, uşaq didərgin düşüb və qaçqın kimi bütün ölkədəki düşərgələrdə yaşayırlar. Bu səbəbdən Azərbaycanda qaçqınların sayına görə dünyada ən yüksək göstəricilərdən biri müşahidə olunur. Biz hələ “Qarabağ” FK-ya tribunadan azarkeşlik edir və onların uğurlarına sevinirik. Hər qələbə kədər çalarlıdır. Bir gün, ümid edirəm ki, tezliklə beynəlxalq birlik bizim öz doğma stadionumuzda oynamaq imkanı qazanmasının qayğısına qalacaq, bölgəni narahat etməkdə davam edən bu acı problemə son qoyacaq”.




Baxış sayı: 1 208
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30