Bu sözləri oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
“Həmin dövrdə sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 2,4 dəfə çoxalıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlər 4,6 dəfə artıb. Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə çoxalıb. Eyni zamanda, informasiya və rabitə xidmətlərinin həcmi 12,3 dəfə, pərakəndə ticarət dövriyyəsinin həcmi 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 6,6 dəfə artıb. Dövlət büdcəsinin gəlirlər və xərcləri 18,4 dəfə, əhalinin nominal gəlirləri 9,4 dəfə, vətəndaşların banklardakı əmanətləri 33,2 dəfə, iqtisadiyyatın kreditləşdirilməsi 19,4 dəfə, orta aylıq nominal əməkhaqqı 7 dəfə, pensiyaların orta aylıq məbləği 9,3 dəfə artıb. Nominal əməkhaqqı və pensiyalar üzrə göstəricilərdə son artımlar nəzərə alınmayıb”, - deyə T.Budaqov qeyd edib.
Baxış sayı: 1 249
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

