Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərəfəsində SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının əsaslı təmirdən sonra açılışı keçirilmişdir. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak etmişlər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev görülmüş işlərdən razılığını bildirmiş, Heydər Əliyev guşəsinə, inzibati otaqlara, eləcə də yeni yaradılmış idman zalı və yeməkxanaya baxış keçirilmişdir.
Qeyd edək ki, Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsi SOCAR-ın tərkibinə daxil olan təşkilatların istehsalat sahələrində neft, qaz, su təzahürlərinin, açıq neft və qaz fontanlarının bildirilməsi və ləğvi edilməsi, quyularda xüsusi geyim və avadanlıq tətbiq etməklə mürəkkəb qəza işlərinin yerinə yetirilməsi və bu sahədə digər xidmətləri həyata keçirir.
Fact-info.az
Baxış sayı: 1 259
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

