Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasının vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili sentyabrın 5-də İsveçrəyə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, deputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Andermat şəhərində keçiriləcək “Bir kəmər, bir yol təşəbbüsü: davamlı inkişaf məqsədlərinin aparıcı qüvvəsi kimi” adlı beynəlxalq konfransına qatılacaq.
Tədbirdə Azay Quliyev “Qrupumuz ATƏT dəyərlərinin aparıcı qüvvəsi olaraq” mövzusunda giriş sözü ilə çıxış edəcək. Deputat Tahir Mirkişilinin “Davamlı maliyyələşdirmə və risklərin azaldılması” adlı məruzəsi dinləniləcək.
Konfransda “Uğura aparan yol – dayanıqlı infrastruktur”, “Yaxşı idarəetmə, şəffaflıq və korrupsiyaya qarşı mübarizə”, “Gələcəyin qurulması” mövzularında müzakirələr aparılacaq.
Baxış sayı: 1 313
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

