Məqalədə ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, iki ölkə arasında enerji əməkdaşlığının sıx inkişafı, “Əsrin müqaviləsi”ndə, neft hasilatında və Azərbaycanda neft yataqlarının işlənməsində “Amoco”, “Pennzoil”, “Chevron”, “ExxonMobil”, “Unocal” iri neft şirkətlərinin iştirakı haqqında qısa məlumat verilib. Məqalədə, həmçinin Bakı-Tbilisi-Ceyhan layihələrinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və “Cənub” qaz dəhlizinin reallaşdırılmasında Birləşmiş Ştatların dəstəyi haqqında məlumat verilir. Müəllif yazıb: “2014-cü il aprelin 2-də enerji məsələləri üzrə Avropa İttifaqı - ABŞ Şurasında Con Kerri qaz kəmərinin vaxtında tikilməsinə çağıraraq “Cənub” qaz dəhlizi layihəsinin vacibliyini vurğulamışdı. Prezident Barak Obama iyun ayında öz bəyanatında administrasiyanın “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyən mövqeyini, bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əhəmiyyətini vurğulayıb”.
Sonda ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü qanunvericiləri Azərbaycanı və onun tərəfdaşları - Gürcüstan, Türkiyə və İsraili regionda müsbət dəyişiklikləri həyata keçirməkdə və Avropada Amerika müttəfiqləri arasında iqtisadi əlaqələri möhkəmləndirməkdə dəstəkləməyə çağırır. Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin ABŞ-Azərbaycan münasibətlərinin mühümlüyü barədə məlumatlandırılması üzrə yazılı kampaniyası nəticəsində dərc edilib.(Azərtac)
Baxış sayı: 1 883
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

