FACT-INFO.AZ » CƏMİYYƏT » Hikmət Şikarov: Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir
26-08-2019, 12:40 | CƏMİYYƏT
Hikmət Şikarov: Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir

Azərbaycan özünün dövlətçilik təcrübəsi, ulu məskənlərimizin memarlıq abidələri, mədəniyyəti, milli - mənəvi dəyərləri ilə qədim tarixə malik bir ölkə olduğundan hər zaman, xüsusən də son illər dünya miqyasında özünə böyük maraq oyada bilmişdir. Bu marağa bir səbəb də onun güclü və nüfüzlu bir dövlət kimi tanınması, böyük bir yaşam tariximizin multikultural ənənələrini, tolerantlığı dünyaya inteqrasiya edə bilməsi ilə əlaqədardır. Bunlar ölkəmizin ictimai - siyasi həyatının aparıcı xətti olduğundan dövlətçilik ənənələrimizin yeni məzmunda və anlamda inkişafının ən ümdə təzahürüdür. Son illərin mənzərəsi onu göstərir ki, belə bir imicin qazanılması heç də asanlıqla başa gəlməmiş, bunlar azərbaycançılıq məfkurəsinin yeni anlamda təşəkkülü və inkişafına bütün ömrünü həsr etmiş milli düşüncəyə malik vətənpərvər insanların sayəsində qazanılmışdır.

Heç şübhəsiz, ötən müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə möhtəşəm və tarixi nailiyyətlər əldə etməsini təmin edən fundamental amillər mövcuddur. Bu amillərin başında, əlbəttə ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gəlir. Ümumiyyətlə, dövlətimizin milli maraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğun mövqe və siyasət Azərbaycanın müstəqil dövlət kimi davamlı – dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse - prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO - nun və ISESCO - nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlətimizin milli maraqlarına və xalqın mənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti xüsusilə qeyd edilməlidir. Mehriban Əliyevanın xidmətlərini göz önündə canlandıranda görürük ki, o bu gün təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə Dünyamız və İnsanlıq üçün şəriksiz qadın liderdir! O, ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də Avropada, Qərbdə və təbii ki, Şərqdə böyük nüfuz qazanıb.

Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992 - ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, vətənin çiçəklənməsi, xalq təfəkkürünün, milli düşüncənin yenilənməsi, müasir cəmiyyətin qurulması prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli - mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün hərtərəfli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi qısa bir zamanda Ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. 1995 - ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002 - ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək, problemlərin dərinlyini dərk edərək, diqqətdən kənar sahələri inkişaf etdirərək onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi.

Həm ölkədə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban xanım Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalondur. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. O, insanları sevməklə özünü xalqa sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib. Dünya ictimaiyyəti Mehriban xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qalıb, onun təəssübkeşliyi, xeyir - duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışlayır. Bu gün dünya xalqları və ölkələri Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının kimliyinə, onun xarici gözəlliyinə və daxili zənginliyinə bələd olurlar.

Mehriban xanım Azərbaycan mədəniyyətinin fədakar elçisidir, xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdır. O bu gün Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısıdır və yüzlərlə gənc xanım, ziyalı da ondan örnək alır. Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial - mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuşdur.

Mehriban Əliyeva 2013 - cü ildən Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi də (2005 - 2017-ci illər) Mehriban xanım sözün əsl mənasında xalqın elçisi olub. Mehriban xanım həm Milli Məclisin deputatı, həm də Heydər Əliyev Fondunun prezidenti kimi milli maraqlara əsaslanan uğurlu fəaliyyət göstərib. O, Milli Məclisin deputatı olarkən mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış edib və bu təşəbbüslərin hamısı xalqın mənafeyinə xidmət edib. Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri ortaq bir xətt birləşdirir - humanizm, insanpərvərlik, mərhəmət. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanımın siyasi portretinin ən ümdə və ülvi cizgiləridir.

Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin sürətli və davamlı inkişafına yeni töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur. O, öz fəaliyyəti ilə Azərbaycan xalqının sevgisi və rəğbətini qazana bilib. Bütün bu amillər Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse - prezidenti təyin edilməsini şərtləndirib. Reallıq budur ki, Mehriban xanım Əliyeva öz fəaliyyətində xalqımızın mənafeyini, dövlətimizin maraqlarını əsas götürür. Azərbaycanın Birinci vitse - prezidenti öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir.

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov




Baxış sayı: 1 503
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30