FACT-INFO.AZ » CƏMİYYƏT » UNESKO-nun Baş direktoru: "Azərbaycanın zəngin mədəni irsindən məmnun oldum"
5-08-2019, 11:45 | CƏMİYYƏT
UNESKO-nun Baş direktoru: "Azərbaycanın zəngin mədəni irsindən məmnun oldum"

Məktubda ölkəmizin UNESKO-nun bu nüfuzlu tədbirinə yüksək səviyyədə ev sahiblik etdiyi bildirilir və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq prosesi, sessiyanın təşkili, iclasların effektiv idarə edilməsinə görə minnətdarlıq ifadə olunur.

Baş direktor Bakıya səfəri zamanı Qobustan qoruğunu ziyarət etməkdən zövq aldığını da xüsusi qeyd edir: “Mən şəxsən Qobustanın timsalında Azərbaycanın zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan Hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın qorunub saxlanılmasında, təbliğində nümayiş etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə məmnun oldum”.

Məktubda, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət naziri noyabrın 19-da UNESKO tərəfindən təşkil olunacaq Baş Konfransın 40-cı sessiyası öncəsi Mədəniyyət Nazirləri Forumunda iştiraka dəvət olunur.

Baş direktorun məktubu bu fikirlərlə bitir: “Mən Bakını UNESKO və Azərbaycan arasında dinamik inkişaf edən münasibətlər fonunda tərk etdim və bu, məni çox məmnun etdi. Bir daha əmin oldum ki, Sizin dəstəyinizə daim etimad edə bilərəm”.

UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Azərbaycan Hökumətinə təşəkkür məktubu göndərib. Məktubda ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi təqdir olunur. Qeyd edilir ki, Bakı sessiyasında gündəlikdə duran bir çox məsələlər zamanında və müvəffəqiyyətlə həllini tapıb. Xanım Rossler Dünya İrs Mərkəzindəki həmkarları adından iclasların yüksək səviyyəli təşkilinə görə Azərbaycan Hökumətinə, o cümlədən gündəlik planlaşdırmalara birbaşa cəlb olunan, UNESKO katibliyinə hər cür lazımi köməklik göstərən komandaya xüsusi minnətdarlığını ifadə edib: “Biz iclasların keçirildiyi möhtəşəm məkanı, göstərilən peşəkarlığı, heyətin alicənablığını, yüksək səviyyədə təşkil olunan xidməti, iclasların koordinasiyasını həyata keçirən şəxslərin isti münasibətini xüsusi qiymətləndiririk”.

Dünya İrs Mərkəzinin direktoru məktubunda, həmçinin Azərbaycanın Mədəniyyət naziri noyabrın 27-28-də UNESKO-nun Parisdəki mənzil-qərargahında keçiriləcək dünya irsi üzrə Konvensiyanın iştirakçısı olan dövlətlərin 22-ci ümumi iclasına dəvət edilib. Bildirilir ki, iclasda Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının sədrinin Komitənin fəaliyyəti ilə bağlı hesabatının dinlənilməsi nəzərdə tutulur.

Mextild Rossler məktubun sonunda bir daha davamlı əməkdaşlığa, dünya irsi üzrə Konvensiyanın həyata keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikası Hökumətinə minnətdarlığını bildirir.

Xatırladaq ki, iyunun 30–dan iyulun 10-dək Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Azərbaycan 2015-ci ildən Ümumdünya İrs Komitəsinin üzvüdür və 2019-cu ildə Komitəyə sədrliyi həyata keçirir. 43-cü sessiyanın iclaslarına Azərbaycan Respublikasının Mədəniyyət naziri sədrlik edib.

Sessiyada 180-dən çox ölkədən 2500-dən çox nümayəndə, o cümlədən nazirlər, yüksək səviyyəli rəsmilər, eləcə də beynəlxalq təşkilatların rəhbər və məsul şəxsləri iştirak ediblər.




Baxış sayı: 1 240
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30