APA-nın “Focus” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Bolqarıstanın prezidenti Rosen Plevneliyev Azərbaycanın Sofiyadakı səfiri Emil Kərimovu birinci dərəcəli “Stara Planina” ordeni ilə təltif edərkən deyib.
O, çıxışı zamanı iki ölkə arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında sazişin imzalandığını xatırladıb:
“Bu saziş ikitərəfli əməkdaşlıq üçün yeni səhifə açıb. Ötən il ticarət dövriyyəmizdə də müsbət inkişaf müşahidə olunub. Biz Azərbaycanla qaz satışı ilə bağlı razılaşmanın tez bir zamanda həyata keçirilməsinə və müvafiq infrastrukturun tikilməsinə ümid edirik”.
Bolqarıstan prezidenti bildirib ki, Azərbaycan ölkəsi üçün enerjinin diversifikasiyası və enerji resursları üçün rəqabətli qiymət əldə etmək məqsədləri üçün də strateji tərəfdaşdır:
“İldə 1 milyon kubmetr qazın tədarük edilməsi və danışıqlar yolu ilə bu miqdarın artırıla biləcəyi barədə 2013-cü ildə imzalanan müqavilə Azərbaycanla Bolqarıstan arasında enerji əməkdaşlığı üçün baza rolunu oynayır. 2014-cü ildə Bolqarıstanın Cənubi Qaz Dəhlizinin təntənəli açılış mərasimində iştirakı bizim bu strateji layihəyə verdiyimiz əhəmiyyətin göstəricisidir. Bolqarıstan həmçinin ölkəmiz və ümumilikdə Avropa regionu üçün qaz tədarükündə diversifikasiyanı təmin edəcək TAP layihəsinin icrasının sürətləndirilməsini dəstəkləyir”.
Baxış sayı: 2 058
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

