FACT-INFO.AZ » CƏMİYYƏT » Qarabağ atları
23-07-2019, 10:10 | CƏMİYYƏT
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf edib ki, onlardan biri türkmən xalqının yetişdirdiyi Axaltəkə atları, digəri isə Azərbaycan xalqına məxsus olan Qarabağ atları olub.

AZƏRTAC xəbər verir ki, yunan tarixçisi Herodotun mənbələrində də Qarabağ atları ilə bağlı faktlar qeyd olunub. Herodot yazır: “e.ə. IV əsrə aid Midiyada Nesey adlanan geniş ərazidə Xəzərin cənub-qərbində daha iri, güclü və yaraşıqlı atlar yetişdirilib”. Qarabağ atları Manna, Midiya, Atropatena və Albaniya atlarının nəsillərindəndir. Qarabağ atları əsrlərboyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilib. XVIII-XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılıb. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, eləcə də Qərbi Avropa atçılığına böyük təsir göstərib.

Bəzi ərəb mənbələrində isə VIII əsrdə Azərbaycanda artıq İslam dininin bərqərar olduğu dövrdə qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qənimət kimi Ərəbistana aparılması qeyd olunur. Qeyd edək ki, Qarabağ atları çevik olduğu üçün yürüşlərdə və döyüşlərdə daha çox istifadə olunub.

Bundan başqa XIX əsrdə rus hərbi qoşunlarında Qarabağ atlarından istifadə edilib. XIX əsrdə Zaqafqaziyadakı Rusiya hərbi qoşunlarının komandanlarından olan Çudovski deyir: "Bizim hərbi dəstələrimiz Zaqafqaziyada olduğu zaman bütün ordu alaylarında zabitlərdə çoxlu Qarabağ atları var idi. Bu atlar bütün Zaqafqaziya yürüşlərində, habelə İran və Türkiyə sərhədləri boyu yürüşlərdə çox yaxşı davam gətirirdilər. Qarabağ atı yerli şərait üçün çox qiymətlidir. İsti havada minicinin altında az tərləyir, halbuki yanaşı gedən Kabardin atı tamamilə tər içində olur".

Qeyd edək ki, Qarabağ xanı Pənah xan, onun sülaləsinin davamçıları Mehdiqulu xan və Cəfərqulu xan Qarabağ atlarının yetişdirilməsinə xüsusi fikir veriblər. Xan zavodlarında aparılan işlərin müasir təhlili belə fikir söyləməyə əsas verir ki, həmin işlər məqsədyönlü olmaqla cinsin təkmilləşməsinə və arzu olunan tiplərin artırılmasına xidmət edib. Mütəxəssislərin fikrinə görə, Qarabağ atlarının Rusiyada, Avropa ölkələrində atcılığın inkişafına böyük təsiri olub. 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparıblar.

Bundan başqa Rusiya imperator ordusunun polkovniki Ditrixs Qarabağ atlarının digərlərindən şəxsi xüsusiyyətlərinə görə ayrıldığını deyir. O qeyd edib ki, Qarabağ atları sürətli qaçışı ilə yanaşı, sahibinə itaətli və davranışlarında sakitdir.

Qarabağ atları Avropada da məşhur olub. Bu atlar XIX əsrin ortalarından başlayaraq ümumdünya at sərgilərində iştirak edib. 1866-cı, 1869-cu, 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə ümumdünya at sərgilərindən mükafat və medallarla qayıdıb. İştirakçı atların şəkilləri Fransa və Vyanada çap olunan jurnallarda yer alıb. Hətta XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. Deyilənlərə görə, ilk dəfə fransız xanımları öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar. Bundan başqa, Böyük Britaniyaya səfər edən SSRİ Mərkəzi Komitəsinin katibi Nikita Xruşşov 1956-cı ildə Kraliça II Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan "Zaman" adlı Qarabağ atı da bağışlayıb. Həmin atı Kraliçaya məşhur jokey Əli Tağıyev aparıb.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir çox sahələrdə olduğu kimi, atçılıq təsərrüfatına da ziyan dəymişdi. Son illərdə isə Qarabağ atı cinsinin qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində zəruri addımlar atılıb. İndi də Qarabağ atları əvvəlki tək meydandadır.




Baxış sayı: 1 603
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30