FACT-INFO.AZ » İQTİSADİYYAT » 100,6 milyard dollar investisiya yatırılıb
17-07-2019, 08:50 | İQTİSADİYYAT
100,6 milyard dollar investisiya yatırılıb

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən XIII Bakı Yay Enerji Məktəbində çıxış edib. Nazir “Azərbaycanın enerji siyasətinin bu günü və gələcəyi” mövzusunda məruzəsində ölkənin neft-qaz, elektroenergetika sahələri üzrə siyasətindən, qlobal enerji sektorunun yeni inkişaf meyillərinə uyğun formalaşdırılan enerji siyasəti kursundan, aparılan islahatlar prosesindən və qarşıda duran hədəflərdən bəhs edib.

Azərbaycanın neft siyasətinin formalaşması ulu öndər Heydər Əliyevin neft strategiyası ilə bağlıdır deyən nazir bu strategiyanın neft-qaz ölkəsi kimi uzunmüddətli inkişafda mühüm rolunu, həyata keçirilən qlobal enerji layihələrinin strateji əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın enerji siyasəti qarşılıqlı maraqlara əsaslanır və bu siyasət sayəsində indiyə kimi ölkəmizin neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb ki, bunun da, təxminən 85 milyard dolları xarici investisiyanın payına düşür.

P.Şahbazov qlobal enerji transformasiyası prosesinin bərpaolunan enerji və enerji səmərəliliyinin rolunu gücləndirdiyini, son illərdə dünyada enerji istehlakında elektrik enerjisinin payının artdığını söyləyib. Bərpaolunan enerjidən istifadə sahəsində və enerji səmərəliliyində əhəmiyyətli nəticələrə və elektroenergetika sektorunda bazar münasibətlərinin yaradılmasına nail olmağı ölkəmizin hazırkı və gələcək enerji siyasətinin hədəfləri kimi qeyd edib.

Nazir enerji siyasətimizin bu hədəflərinin həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncamının əhəmiyyətini qeyd edib. Hazırda bu istiqamətdə görülən işlər, hazırlanan yeni qanunlar və ölkənin enerji sektorunun uzunmüddətli inkişaf strategiyası ilə bağlı planlar diqqətə çatdırılıb.

Sonra iştirakçıların ünvanladıqları suallar ətrafında müzakirələr aparılıb.




Baxış sayı: 1 379
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30