FACT-INFO.AZ » CƏMİYYƏT » Ekspert: Əlli il əvvəl Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamız inkişaf mərhələsinə qədəm qoydu
12-07-2019, 07:25 | CƏMİYYƏT
Ekspert: Əlli il əvvəl Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamız inkişaf mərhələsinə qədəm qoydu

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib. Ekspert qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyulun 14-dən başlayaraq atdığı bütün addımları, qəbul etdiyi bütün qərarları sıralasaq, dərin qatlarda onların bir-biri ilə bağlı olduğunu və vahid bir strategiyaya söykəndiyini müəyyənləşdirə bilərik. Ulu Öndər rəhbərliyə gəlişi ilə, ilk növbədə, Azərbaycanın əsasən aqrar respublikadan sənaye ölkəsinə çevrilməsi istiqamətində addımlar atdı. Azərbaycan üçün ənənəvi olan neft sektoru daha da gücləndirildi, təkcə paytaxt Bakıda deyil, Sumqayıt, Gəncə kimi şəhərlərdə iri sənaye müəssisələri açıldı. Regionlarda da sənaye və emal müəssisələrinin yaradılması istiqamətində ciddi addımlar atıldı, böyük infrastruktur layihələri reallaşdırıldı. Bütövlükdə Azərbaycanın milli iqtisadiyyatının sovet təsərrüfat sistemi çərçivəsində olsa belə, əsası qoyuldu.

E.Mirzəbəyli vurğulayıb ki, dövlətin gələcəkdə müstəqil yaşaması, inkişafı üçün vacib olan amillərdən biri də kadr potensialı ilə bağlı idi. Ümummilli Lider bu istiqamətdə də strateji qərarlar qəbul etdi və uğurlu nəticələr əldə etdi. Əgər 1969-cu ilədək hər il respublikamızdan kənarda təhsil almağa göndərilən gənclərin sayı cəmi 47 nəfər idisə, Ulu Öndərin səyləri nəticəsində bu rəqəm 1000-1400 nəfərə çatdırıldı. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc təhsil aldı. Bugünkü müstəqil Azərbaycanın qurulmasında da məhz həmin gənclər aparıcı mövqelərdə dayanıblar.

“Dövlətin çox vacib atributlarından biri də onun silahlı qüvvələridir. Kimsəyə sirr deyil ki, 1969-cu ilədək azərbaycanlıların ali hərbi məktəblərdə oxumasına böyük qısqanclıqla yanaşır, xalqımızın nümayəndələrinin hərbi bilik və vərdişlərə yiyələnməsinə süni maneələr yaradırdılar. Heydər Əliyev bu sahədə də bütün maneələri dəf etdi. Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb, Azərbaycan Pedaqoji İnstitutunda ibtidai hərbi hazırlıq və fiziki təlim fakültəsi yaradıldı. Yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali hərbi məktəblərinə göndərildi. Təkcə 1982-ci ildə 550 azərbaycanlı gəncin SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə göndərildiyini nəzərə alsaq, bu sahədə əldə olunan nəticələrin sərhədlərini müəyyənləşdirmək olar”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Ekspert qeyd edib ki, əgər bir xalqın milli şüuru oyanmayıbsa, dövlətçilik yaddaşı bərpa olunmayıbsa, onun içərisindən nə qədər hərbçi, mütəxəssis, alim, mədəniyyət və ədəbiyyat adamı çıxırsa-çıxsın, son nəticədə, başqalarının mənafeyinə xidmət edəcəkdi. Ulu Öndər geniş dünyagörüşünə, iti və çevik zəkaya, möhkəm iradəyə malik bir dövlət adamı kimi bunu yaxşı bilirdi və bu səbəbdən də milli şüurun oyanması, dövlətçilik yaddaşının bərpa olunması üçün olduqca incə bir siyasət həyata keçirirdi. Azərbaycan ərazisində mövcud olan dövlətlərin, o cümlədən Azərbaycan Səfəvi dövlətinin tarixi ciddi şəkildə araşdırılırdı. Azərbaycan xalqının qədim dövlətçilik ənənələrinin yer aldığı filmlər çəkilir, əsərlər yazılırdı. Azərbaycanı, azərbaycançılığı, paytaxt Bakını və qədim şəhərlərimizi, milli qəhrəmanlarımızı vəsf edən mahnılar bəstələnir və onların təbliği üçün böyük işlər görülürdü. Azərbaycan xalqının özünəinam hissi özünə qaytarılırdı. 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması isə Azərbaycan xalqının milli kimliyinin, identikliyinin hüquqi müstəvidə təsdiqi idi.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpasına 1967-ci ildən, Milli Təhlükəsizlik Komitəsinin sədri olarkən başladığını deyən siyasi ekspert bildirib ki, o, ilk növbədə, təhlükəsizlik orqanını milliləşmənin qarşısında dayanacaq, maneə yaradacaq xəyanətkarlardan və mərkəzi hakimiyyətin casus şəbəkəsindən təmizləmişdi. 1969-cu ildən etibarən isə o, Azərbaycan dövlətçiliyi strategiyasını addım-addım həyata keçirməyə başladı.

Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə dövlət qurmaqdan daha çox qurduğu dövləti xilas etməyə və dövrün tələblərinə uyğunlaşdırmağa gəldi və buna nail oldu. Bu gün hər kəs Ulu Öndəri böyük hörmət və məhəbbətlə anır. Azərbaycan xalqı və dövləti var olduqca Heydər Əliyevin nəhəng tarixi xidmətləri unudulmayacaq, Azərbaycanın əldə etdiyi bütün uğurlarda onun izi görünəcək.




Baxış sayı: 1 392
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30